Sağlamlıq

Xərçəng hüceyrələrinin yayılmasına səbəb olan QİDALAR

16 Dekabr 2019 22:58
1 Şərh     Baxış: 1 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ alimləri xərçəng hüceyrələrinin böyüməyini stimullaşdıran qidaları araşdırıblar.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, onkoloqların fikrinə görə bu yağlı qidalardır. Mütəxəssislər piyləri xərçəng hüceyrələri üçün "ideal qida" adlandırıblar. 

Xərçəng hüceyrələri orqanizmə daxil olan piyləri daha tez böyümək və inkişaf etmək üçün istifadə edirlər.

Digər tərəfdən çoxlu miqdarda piyləri qəbul edən xərçəng hüceyrələri xərçəng əleyhinə dərmanlara qarşı daha davamlı olur və onları məhv etmək çətinləşir.

Mütəxəssislər xəbərdarlıq edir ki, insan nə qədər çox yağlı yeməkləri yeyir və çəkisini artırırsa bədxassəli hüceyrələrin də orqanizm boyu yayılması prosesi sürətlənir.

Beləliklə, alimlər belə nəticəyə gəliblər ki, yağlı qidalarla zəngin olan qidalanma xərçəngin risk faktoru sayıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.