Qıcıqlanmış bağırsaq sindromu nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qıcıqlanmış bağırsaq sindromu termini funksional bağırsaq pozğunluğu deməkdir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, çoxsaylı tibbi və hərtərəfli müayinələr olsa da, fiziki səbəb çox vaxt aşkar edilmir. Buna baxmayaraq, bu tip pozuntulara göz yummaq olmaz, çünki onlar həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salırlar.
Hansı simptomlar yaranır?
Qıcıqlanmış bağırsaq sindromunun simptomları müxtəlifdir. Belə ki, meteorizm və qəbizlikdən başlayaraq diareyayadək, qarında ağırlıq və ya ağrı kimi fərqli hislər baş verir. Yorğunluq, halsızlıq, depressiya, nəhayət, baş ağrısı ya da qan dövranı pozğunluğu kimi digər simptomlar da qıcıqlanmış bağırsaq sindromu nəticəsində yaranır.
Qıcıqlanmış bağırsaq diaqnozu
Mövcud peşəkar tibbi assosiasiyaların tövsiyələrinə əsasən, böyüklərdə qıcıqlanmış bağırsaq sindromu aşağıdakı meyarlara riayət olunmaqla müşahidə olunur:
Həzm və boşalma prosesində dəyişikliklər üç aydan çox davam edir və xroniki bağırsaq pozğunluqlarına çevrilir;
Pozuntu o qədər şiddətlidir ki, xəstə tibbi məsləhətlərə ehtiyac duyur və həyat keyfiyyəti aşağı düşür;
Bu simptomların səbəb ola biləcəyi başqa kliniki göstərici yoxdur.
Qidalanma planı və yemək gündəliyi
Hər bir şəxsin həzm sistemi unikal olduğu üçün müalicə də fərdiləşdirilməlidir. Standart müalicə mövcud deyil, ancaq bir az səbir göstərərək, müəyyən ərzaqlardan imtina etməklə fərdi qidalanma planını hazırlaya bilərsiniz ki, bu da digər göstəricilərlə yanaşı, bağırsaqları sakitləşdirməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkdir. Qida gündəliyi vasitəsilə özünüzə kömək edin və qidalanma mütəxəssisindən sizi nəzarətdə saxlamağını xahiş edin.
Az FODMAP-lı və qlütensiz pəhriz
Simptomları yaradan və ya pisləşdirən qidaları müəyyənləşdirdikdən sonra, özünüzə kömək edə bilərsiniz. Bu problemi yaşayan bir çox insan üçün qlütensiz pəhriz ağrı, meteorizm və yorğunluğu aradan qaldırır, həmçinin defekasiya aktı ardıcıllığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Berlində "Charite" xəstəxanası tərəfindən aparılan son araşdırma göstərmişdir ki, qıcıqlanmış bağırsaqları olan xəstələrin üçdə biri qlütensiz pəhrizdən istifadə etdikdən sonra pozğunluq aradan qalxmışdır. Belə ki, bu xəstələrin patologiyası qlüten - buğda həssaslığı səbəbindən meydana gəlmişdir. Lakin çölyak xəstəliyi və apriori buğdaya allergiya da nəzərə alınmalıdır.
Müalicə edən həkim və ya qidalanma üzrə mütəxəssisə müraciət edərək, FODMAP-ların (oliqosaxaridlər, disaxaridlər və qıcqıran monosaxaridlər, eləcə də poliollar) istifadəsinə məhdudiyyət qoyulmasını aydınlaşdırmaq lazımdır.
Qidalanmanın bu forması çox ümidverici nəticələr verir və bir neçə ildir ki, həkimlər az FODMAP-lı pəhrizi qıcıqlanmış bağırsaq sindromunun müalicəsində istifadə edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həmin qidaların müntəzəm istifadəsi xərçəng riskini artırır - XƏBƏRDARLIQ
-
ÜST-dən Ebola ilə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayı kəskin artır
-
Bu balıq növünü yeməyin - Yaşlı insanlara xəbərdarlıq
-
100 yaşa qədər yaşamağın sirri bu İMİŞ
-
Diabet necə yaranır? - Həkimlər əsas səbəbləri açıqladı
-
Buğda və ya kəpək deyil! Ən sağlam çörəyin hansı olduğu açıqlandı
XƏBƏR LENTİ
-
Aldığı qonorarın yüksək olduğunu deyənlərə cavab verdi
-
Dünyanın ən bahalı futbolçularının reytinqi dərc edildi - SİYAHI
-
Oğluna dördüncü dəfə Laçında toy etdi
-
Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı
-
Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
-
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb - VİDEO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
-
Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI - YENİLƏNİB
-
Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO
-
Röya Ayxanın toyda bəyin dostu ilə dueti gündəm oldu - VİDEO
-
Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar - AÇIQLAMA
-
“Belə insanlarla əlaqəni kəsmək lazımdır”
-
BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
“O görüntülər süni intellektlə yaradılıb” - RƏSMİ
-
Keşlədəki yanğın söndürüldü - YENİLƏNİB
-
"Mən liderəm, prezident olmağa gəlmirəm”
-
Mehriban Abasquliyeva görün kimin bacısı İMİŞ
-
Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO
-
Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunub - YENİLƏNİB
-
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
-
Onun da adı Epşteyn fayllarında çəkilib: Mesajları ortaya çıxdı - FOTO





