Sağlamlıq

“Dedilər bu qane etmir” - Özəl klinikalarda analiz biznesi - VİDEO - FOTO

13 Sentyabr 2019 14:10
5 Şərh     Baxış: 2 075

İnsanların bəziləri səhv diaqnoz, analizlərin yanlış nəticələrinə görə sağlamlıqlarını, bəzən hətta həyatlarını itirirlər. Çünki ya analiz qiymətləri kəskin şəkildə yuxarı olduğu üçün müraciət etmirlər, ya da bəzi xəstəxanalar o qədər də düzgünlüyü önəmsəmirlər.

Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Yoldaşımı "MRT" etdirib Bakıya apardım. Dedilər ki, bu qane etmir. Eyni həkim, eyni aparatdır. Pul tələsi kimidir".

Həmçinin dövlət xəstəxanalarına müraciət edən pasientlərin böyük əksəriyyəti analiz vermək üçün özəl klinikalara yönləndirilir. Burada səbəb dövlət xəstəxanalarında lazımi tibbi avadanlıqların olmaması yox, həkimlərin klinikalarla qabaqcadan razılaşaraq, göndərilən xəstə sayına görə qonorar almasıdır.

Sakin: "İnanın ki, gedib dövlət xəstəxanasına müraciət edəndə deyir ki, get özəl klinikada analizlərini ver, sonra gəl mənə nəticəsini göstər".

Özəl klinikalara üz tutan pasiyentlər isə çaş-baş qalır.

Ehtibar Kərimov - Həkim: "Bu klinikada 60, digərində isə 80-dir. Özəl klinikanın biri ola bilsin ki, qan analizini "bürned" üsulu ilə edir, o biri isə məsələn "davidson"üsulu ilə. Xarici ölkələrdə də belədir. Mütləq analizlərdə fərq olur".

Sevinc Əhmədova - Özəl klinika laboratoriya müdiri: "Türkiyə və Avropa ölkələrində də eyni bu cihazlardan istifadə olunur. Onların gəlişi çox baha olduğu üçün bizim də məcbur qiymətlərimiz nisbətən artıq olur".

Qiymətlərin necə müəyyənləşdirilməsinə gəlincə....

Ramin Əsgərov - Özəl klinika sahibi: "Yerli istehsal yoxdur. İstehsaledici ölkədən gəlir. Müəyyən bazar qiymətləri ilə tənzimlənir. Ona görə də qiymətlər fərqli ola bilir".

Bir müayinəyə və analizə görə tələb olunan məbləğ həddindən artıq yüksəkdir. İnsanların əməkhaqqı və orta yaşayış səviyyəsini nəzərə alsaq, qiymətlər uyğunluq təşkil etmir. Bu isə bu sahədə əməli tədbirlərin görülməsini labüd edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Durust · 13 Sentyabr 15:3220

    Bu Azerbaycan Sehiyesine bir kantrol olmasa Camatin Qanini Su evezine icecek bezi hekimler

    Cavab yaz
    • Anonim
      kate · 13 Sentyabr 17:5310

      indiki zaman feli lazımdir--içir

      Cavab yaz
  • Anonim
    ənvər · 13 Sentyabr 16:4510

    MOM dövlət xəctəxanıdır orada hər bir xidmət pulludur.qiymətlərdə ................

    Cavab yaz
  • Anonim
    Şükür · 13 Sentyabr 18:5110

    Özəl dövlətbən qibalanır .

    Cavab yaz
  • Anonim
    ana · 14 Sentyabr 12:4100

    Allah itidə yiyəsiz eləməsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.