Atadan köçürülən böyrək gəncin həyatını xilas etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeddi dəfə uğursuz əməliyyat keçirən 19 yaşlı gəncə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) atasının böyrəyi uğurla transplantasiya edilib.
Milli.Az xəbər verir ki, Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, bu barədə əməliyyatı icra edən RMDM-in böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan məlumat verib: "Uzun illərin hemodializ xəstəsi olan gənc pasiyentimiz müraciət etdiyi bütün mərkəzlərdə dəfələrlə əməliyyat keçirib. Buna baxmayaraq, nəticə uğursuz alınıb. Hətta hemodializə girməsi üçün xəstənin mərkəzi damarları da tromblaşıb. Xəstə klinikamıza müraciət etdikdə çox ağır vəziyyətdə və ümidsiz halda idi. İlk olaraq, xəstə və donor çox ciddi araşdırıldı. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarıldı. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra böyrəyin donordan alınması və resipiyentə köçürülməsi üzrə əməliyyatın, eyni zamanda, həyata keçirilməsinə qərar verildi. Xəstəyə və onun donoru olan atasına əməliyyatın riskləri ətraflı izah edildi. Əməliyyatın mürəkkəbliyi də yeddi dəfə uğursuz əməliyyat keçirməklə bağlı yaranmış anatomik problemlərin mövcudluğunda idi. Peşəkar cərrahi və nefroloji komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmayıb. Həm resipiyent, həm də donor eyni dərəcədə sağlam şəkildə evə yola salındı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
-
Qocalığı gecikdirən möcüzəvi çərəzlər
-
Bu məşq yuxuya getməyinizə kömək edəcək
-
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
XƏBƏR LENTİ
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
-
Versalın altmış günü: vaxtı tamam olan kimi ölən razılaşma
-
Türkiyədə polis idarəsinin həyətinə dron düşdü - (Video)
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu
-
"Sabah" "Hapoel Beer-Şeva"ya qarşı - ÇL-nın bir addımlığında
-
Ailəsi dağılan azərbaycanlı müğənni ilk dəfə nişanlısından danışdı - (Fotolar)
-
ÜST-dən xəbərdarlıq: “Görünməmiş sürətlə yayılır”
-
Maşın ağaca çırpıldı - Ölən var
-
Elşad Xosedən yeni xəbər var
-
Çində güclü zəlzələ oldu
-
ÇL: “Fənərbağça” "Lyon"la bacarmadı





