Sağlamlıq

60 yaşdan sonra çəki 5 kiloqram artmalıdır - Hesablama qaydası

15 İyul 2018 20:24
0 Şərh     Baxış: 2 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq çəki son illər hər kəsin, xüsusilə də xanımların ən çox mübarizə apardığı məsələlərdəndir. Arıqlamaq üçün ən müxtəlif üsullar olsa da, sağlam arıqlamaq daha düzgündür.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, artıq çəkinin hesablanması üçün bir sıra üsullar var: "Əgər boy 1,70 santimetr, çəki 70 kiloqramdırsa, düzgün çəkini hesablamaq üçün 70 rəqəmi 1,7-nin kvadratına bölünür, alınan rəqəm çəki normasını müəyyən edir. Həmin nisbət 18-dən 25-dək alınanda bunu normal bədən çəkisi hesab etmək olar. Alınan rəqəm 25-29,9 arasında olduqda bu, izafi çəki hesab edilir. Eləcə də 30-34,9 arası birinci, 35-39,9 arası ikinci, 40-dan yuxarı üçüncü dərəcəli piylənmə sayılır. Bədən kütlə indeksinin 18,5-dən aşağı olması çəki azlığı əlamətidir. Kişilərlə eyni boyda olan qadınların çəkisinin 5-8 kiloqram az olması normal hal sayılır".

Kafedra müdiri onu da deyib ki, 60 yaşdan sonra hər on ildən bir çəkinin 5 kiloqram artması lazımdır ki, piy qatı dəri boşalmalarını doldursun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.