Sağlamlıq

İnfarktdan qorunmağın ən sadə yolu

14 Fevral 2018 22:34
0 Şərh     Baxış: 4 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alabama Universiteti (ABŞ) alimləri ürək tutması və infarktın riskini azaltmaq üçün qidalanmada cüzi dəyişikliyi tövsiyə edir.

Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, alimlər ürəyi qorumaq üçün hər gün 1-2 banan yeməyi məsləhət görür. Kaliumla zəngin olan banan damarların sağlamlığını və elastikliyini qoruyur ki, bu da infarkt və ürək tutması riskini azaldır.

Mütəxəssislər siçanlar üzərində bir sıra eksperiment aparıb. Bir qrup siçan ürək-damar sistemi xəstəliklərinin riskini artıran yağlı qida ilə yanaşı kalium alıb, digər qrup isə yox.

Eksperimentin sonunda məlum olub ki, kalium alan siçanların damarları daha sağlam və elastikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.