Bakıda M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahlığı şöbəsində ilk dəfə olaraq, Xaçmaz rayon sakini 53 yaşlı Zərifə Dadaşova üzərində mürəkkəb və unikal cərrahi əməliyyatlardan biri hesab olunan Bental əməliyyatı icra edilib.
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Trend-ə bildiriblər ki, Z.Dadaşova səhhətindəki problemlə əlaqədar Baki şəhərindəki özəl xəstəxanaların birində müayinə olunarkən, onda aorta kökünün, qalxan aortanın anevrizması və ciddi aortal requrgitasiya aşkar edilib. Ona Bakı şəhərindəki özəl xəstəxanalarda, həmçinin İran İslam Respublikasinda əməliyyatın 12-15 min manata başa gələcəyi bildirilıb. Xəstə isə buna maddi imkanı çatmadığından kömək üçün Səhiyyə Nazirliyinə müraciət edib. Səhiyyə Nazirliyi müaricətə operativ cavab verərək xəstəni müayinə və müalicə üçün M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gəndərıb. Əməliyyat üçün lazım olan çox bahalı ləvazimatların hamısı Səhiyyə Nazirliyi tərəfindən təmin edildikdən sonra, qeyd olunan cərrahi əməliyyat uğurla həyata keçrilib.
Əməliyyatı tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov icra edib. İ.Heybətov uzun müddət Səudiyyə Ərəbistanında ən qabaqcıl ürək cərrahlığı mərkəzlərində işləyib və zəngin təcrübə toplayıb. Onun dediyinə görə, belə mürəkkəb əməliyyatların icrası məhz son illərdə Mərkəzdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra mümkün olub. Ölkə rəhbərliyinin səhiyyə sisteminə qayği və diqqəti sayəsində bu ğün ürək cərrahlığının təchizat və təminatı yüksək səviyyədədir. Gələcəkdə daha mürəkkəb əməliyyatların həyata keçirilməsi qarşıya məqsəd qoyulub.
Qeyd edək ki, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdindəki Ürək cərrahlığı şöbəsi 1979-cu ildən fəaliyyət göstərir və hal-hazırda Səhiyyə Nazirliyi tabeliyində olan, ödənişsiz ürək əməliyyatlarının icra edildiyi yeganə şöbədir.
Milli.Az
Sağlamlıq
Azərbaycanda unikal cərrahi əməliyyatı həyata keçirilib
17 İyul 2014 14:55
3 Şərh
Baxış: 1 620
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Günün qoroskopu: Baş verənləri dramatikləşdirməyə dəyməz
- Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
- Ən qəddar cinayətkarın keçmiş arvadı münasibətlərindən DANIŞDI
- "Gəncləşən muğam" layihəsi Gəncədə - FOTOlar
- Hidayət Heydərov: “Sanki Azərbaycanda güləşirdim”
- Masallıda qətldə şübhəli bilinən şəxs saxlanıldı
- Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ
- "Kann"a qatılan türk aktrisaların geyimləri bəyənilmədi: "Yarıçılpaqdırlar" - VİDEO
- Nazir dünya çempionu olan idmançımızı belə təbrik etdi
- ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
- Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir
- Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş yubiley konserti keçiriləcək
- Kredit götürən ölürsə, varisi bu halda borcu qaytarmır
- Rəisi nə vaxt və hansı şəhərdə dəfn olunacaq?
- Orqanizmə faydalı 5 balıq növü
- Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş Plenum keçirilib - FOTOlar
- Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”
- Roza Zərgərlidən iddialı FOTOlar
- Telefonun enerjisini uzun müddət saxlamağın 8 yolu
- Baş ağrısına dözmək görün nələrə səbəb olur
- Türkiyə Rəisiyə görə matəm elan etdi
- Mierina səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...
- Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər
- 1901-ci ildən bəri yanan lampa: 123 illik TARİXİ var