Sağlamlıq

Uşaqlarda nitq qüsuru: səbəblər və çarələr - VİDEO

5 Aprel 2014 13:48
3 Şərh     Baxış: 10 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Uşaqların dil açan zaman müəyyən hərfləri deyə bilməmələri normaldır. Zaman keçdikcə bu problem aradan qalxır. Ancaq bu, həmişə belə olmur və nitq qüsurları bəzən uzun müddət davam edir. Bunun da müəyyən səbəbləri var.

Valideynlərin uşağın danışığını təqlid etməsi və onunla uşaq dilində danışması adətən normal qəbul edilir. Anaq bunun nəticəsində uşaqda səlist nitqin formalaşmasında problem yaranır və bəzi xoşagəlməz vərdişlər formalaşır. Buna görə də bu işdə valideynlərin üzərinə müəyyən vəzifələr düşür.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, uşaqların nitqində rast gəlinən bu qüsurlar ilk baxışdan sadə görünsə də, vaxtında və düzgün qaydada müdaxilənin olmaması daha mürəkkəb formada təzahür edə bilər.

Bir çox valideynlar övladlarını əzizləyərkən ifrata yol verir. Halbuki uşaqların təbiyəsi kimi, onlara ünsiyyət qabiliyyətinin aşılanması da əhəmiyyət kəsb edən məsələlərdəndir.

Bəzən məktəb yaşlı uşaqlar arasında da yeni dil açan uşaqlara xas ifadə və danışıq forması özünü büruzə verir. Çox keçmir nitq qüsuru digər uşaqlarla ünsiyyət yaratmaqda çətinliyə səbəb olur. Öz yaşıdları ilə arasındakı kəskin fərqi hiss etdikdə uşaq kollektiv arasında olmaqdan çəkinir, bu isə öz növbəsində, onun inkişafına mənfi təsir göstərir.

Uşaqlarda nitq qüsurunun digər səbəbi isə ailədə valideynlərin onlarla az ünsiyyətdə olmasıdır. Mütəxəssislərin sözlərinə görə, uşaqları səbrlə dinləyib, qulaq asmağı bacarmaq lazımdır. Özünə qarşı ciddi yanaşmanı görən uşaqlarda təfəkkür və nitq qabiliyyəti daha tez və düzgün formada inkişaf edir.


Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.