Sağlamlıq

Diyetoloq: Tərəziyə hər gün yox, həftədə bir dəfə çıxmaq daha doğrudur

12 İyun 2025 01:01
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Danimarkanın Orhus Universitetinin diyetoloqu Sandra Vigelene bədən çəkisinin düzgün qiymətləndirilməsi ilə bağlı vacib tövsiyə verib. Onun sözlərinə görə, çəki ölçmək üçün hər gün tərəziyə çıxmaq doğru yanaşma deyil. Əvəzində, çəkini həftədə bir dəfə, eyni gün və eyni vaxtda ölçmək daha dəqiq nəticə verir.

Milli.Az xəbər verir ki, mütəxəssis qeyd edib ki, gündəlik çəkidəki dəyişikliklər adətən yağ itkisi ilə bağlı olmur. İnsan bədənində su balansı gün ərzində nəfəs alma, tərləmə və digər təbii proseslər nəticəsində dəyişir. Bu isə tərəzidə görünən rəqəmlərin oynaq olmasına səbəb olur. Xüsusilə gecələr, isti havalarda və ya fiziki fəaliyyət zamanı orqanizmin maye itirməsi səhər çəkisinin daha az görünməsinə gətirib çıxarır. Lakin bu, bədəndəki yağın əriməsi anlamına gəlmir.

Diyetoloq bildirib ki, bədən çəkisinin real göstəricisini almaq üçün tərəzi üzərinə səhər saatlarında, acqarına, yüngül geyimdə və hər dəfə eyni şəraitdə çıxmaq tövsiyə olunur. Çəkidə baş verən kiçik gündəlik fərqlərə deyil, uzunmüddətli dəyişikliklərə diqqət yetirmək daha sağlam yanaşmadır.

Sandra Vigelenenin fikrincə, insanlar çəkilərindəki qısa müddətli dəyişiklikləri ciddi qəbul etdikdə bu, onları əsassız narahatlığa sala və motivasiyanı azalda bilər. Ona görə də sağlamlıq məqsədi ilə aparılan çəki nəzarətində əsas hədəf davamlı və obyektiv müşahidə olmalıdır.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.