Bayram günlərində qidalanma: 5 qızıl qayda - dietoloq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bayram günlərində yağlı və ağır qidaların, eləcə də şəkərli məhsulların həddindən artıq istehlakı həzm problemlərinə, qan şəkərinin ani yüksəlməsinə, arterial təzyiqin artmasına və çəki probleminə səbəb ola bilər. Xüsusilə paxlava, şəkərbura və qoğal kimi şirniyyatlar yüksək şəkər və yağ tərkibli olduğundan miqdarına diqqət yetirilməlidir.
Bu sözləri Axar.az-a açıqlamasında diyetoloq Ceyhunə Yusifova Novruz bayramı günlərində qidalanma qaydalarından danışarkən bildirib.
Diyetoloqun tövsiyəsinə görə, bayram günlərində qidalanma balansını qorumaq lazımdır:
1. Kiçik porsiyalar seçilməli, hər şeydən dadılsa da, ölçü gözlənilməlidir;
2. Şəkərli qidaların miqdarı azaldılmalı, şəkərbura və paxlava məhdud miqdarda yeyilməlidir;
3. Qovurma və yağlı ət əvəzinə, sobada və ya buğda bişmiş toyuq və balığa üstünlük verilməlidir;
4. Süfrədə bol tərəvəz və göyərti olmalı, şəkərli içkilər yerinə su və ya bitki çayları seçilməlidir;
5. Ağır yeməklərdən sonra 15-20 dəqiqəlik gəzinti həzm prosesini asanlaşdırmağa kömək edir.
Novruz süfrəsində plov və dolmanı necə sağlam hazırlamaq olar?
Diyetoloqun sözlərinə görə, plov və dolma Novruz süfrəsinin ayrılmaz hissəsidir. Lakin onların daha sağlam versiyasını hazırlamaq üçün bəzi məqamlara diqqət yetirmək vacibdir:
"Plov - kərə yağını bitki yağı ilə əvəz edin. Kiçik porsiyalar yeyin və yanında bol tərəvəz və göyərti salatı qəbul edin. Əlavə yağlı souslardan çəkinin. Dolma - yağlı qiymə əvəzinə, toyuq əti və ya yağsız mal əti istifadə edin. Qızartmaq əvəzinə qaynadaraq və ya sobada bişirin. Duz miqdarına nəzarət edin, çünki çox duz suyun bədəndə toplanmasına səbəb ola bilər".
Sağlam və balanslı Novruz süfrəsi üçün nə yeməli?
"Səməni şorbası - həm ənənəvi, həm də faydalı olan bu şorba həzmi asanlaşdırır və immuniteti gücləndirir. Kəvər, şüyüd, keşniş, ispanaq və digər göyərtilər bağırsaq sağlamlığını dəstəkləyir və orqanizmi təmizləyir. Boyanmış yumurta - protein mənbəyi olaraq toxluq hissini uzun müddət qoruyur. Şəkərli desertlər əvəzinə, qoz, fındıq, badam, quru ərik və xurma daha sağlam seçimlərdir", - diyetoloq bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
XƏBƏR LENTİ
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı





