Mövsümi viruslardan necə qorunmaq olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mövsümi viruslardan qorunmaq üçün bir sıra tədbirləri nəzərə almaq lazımdır".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun terapevti Günel Sadıqlı açıqlayıb.
Onun sözlərinə görə, müntəzəm olaraq, xüsusilə ictimai yerlərə getdikdən sonra əllərin sabun və su ilə yuyulması, həmçinin spirt tərkibli əl təmizləyici vasitələrdən istifadə edilməsi faydalıdır:
"Vitaminlər və minerallarla zəngin qidalar, xüsusilə C vitamini (meyvələr, tərəvəzlər) və D vitamini (balıq, yumurta) ilə zəngin qidalarla balanslı qidalanmaq, gündəlik 7-8 saat yuxu almaq bədənin immun sistemini gücləndirməyə kömək edir. Fiziki aktivlik qan dövranını yaxşılaşdırır və immuniteti gücləndirir. Stressin azaldılması, immun sisteminizin düzgün işləməsinə kömək edir. Meditasiya, yoga və ya bu kimi sevdiyiniz fəaliyyətlə məşğul olmaqda fayda var".
Terapevt bildirib ki, mövsümü viruslardan qorunmağın daha effektiv yollarından biri də qripə qarşı peyvənd olunmaqdır:
"Əhalinin sağlamlığının qorunması və qarşıdan gələn payız-qış mövsümündə gözlənilən kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Bununla bağlı vətəndaşlar yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. İctimai yerlərdə hava dövranını təmin etmək virusların yayılma riskini azaldır. Xəstə insanlarla yaxın təmasdan qaçınmaq və onların yanında olmaqdan çəkinməyi tövsiyə edirik".
G.Sadıqlı sonda qeyd edib ki, bu kimi tədbirlər, mövsümi viruslardan qorunmağı asanlaşdırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
XƏBƏR LENTİ
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz





