Sağlamlıq

Kişilərdə 40 yaşdan sonra yaranan problem: "Cinsi həvəsi öldürür və..."

16 Sentyabr 2024 18:23
Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişilər cinsi sağlamlıqla bağlı problemləri olan zaman adətən danışmağa çəkinir və gizlədirlər. Hətta vəziyyət ağırlaşmayana qədər həkimə belə getmirlər. Son dövrlər kişilərin ən böyük problemi ereksiya problemidir.

Bəs bu problemi yaradan əsas faktorlar nədir?

Milli.Az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan həkim uroloq-androloq Araz Məmmədov bildirib ki, bu xəstəlik erektil disfunksiya (impotensiya) olaraq da adlandırılır.

"Cinsi fəaliyyətin başlamasında və davamlılığında problem varsa, deməli kişi impotensiya ilə üz-üzədir. Hazırda dünyada 40-70 yaş aralığında olan kişilərin 50 faizi erektil disfunksiya problemini yaşayırlar. Ereksiya problemi kişilərin intim həyatını məhvə sürükləyir və bu problemin yaranmasının müxtəlif səbəbləri mövcuddur. Kişilərdə cinsi həvəs beyni, hormonları, duyğuları, sinirləri, əzələləri və damarları idarə edən qarışıq bir prosesdir. Bunların hər hansısa birində problem olarsa, impotensiya yaşana bilər. Stress də cinsi həvəsə mənfi təsir göstərən faktorlardan hesab olunur. Elə hallar olur ki, fiziki və psixoloji amillər birləşərək ereksiya probleminin yaranmasına zəmin yaradır. Cinsi həvəs olduğu halda ereksiya problemi yaşanırsa, həyəcanlanmağa ehtiyac yoxdur. Cinsi meyillərə konsentrasiya olmaqla məsələni yoluna qoymaq mümkündür. Lakin bu hal 3 aydan uzun müddətdə təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu problem kişilərdə, əsasən, 40 yaşdan sonra başlayır".

Həkim qeyd edib ki, xroniki xəstəliklər, nahiyənin zədələnməsi, cərrahi əməliyyatlar və alkoqol qəbulu bu problemi yaradan əsas səbəblər siyahısındadır.

"Partnyoru həddindən artıq qısqanmaq, xəyanət, təcrübəsizlik, depressiya, fobiya və günahkarlıq hissi də erektil disfunksiyanı yaradır. Qeyd edim ki, təzyiq və ürək dərmanları, sidik qovucuları, antidepresantlar da kişinin cinsi həyatını məhv edir. Bu problemdən xilas olmaq üçün zərərli vərdişlərdən və stress yarada biləcək hadisələrdən uzaq durmaq lazımdır. Ən yaxşı çıxış yolu mütəxəssis köməyi almaqdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.