Sağlamlıq

Telefon beyin xərçəngi riskini artırır? - Alimlərin cavabı

27 Yanvar 2024 19:25
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər telefonlardan istifadənin xərçəng riskinə necə təsir etdiyini açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bir qrup aropalı alim simsiz rabitənin uşaqlarda və böyüklərdə beyin şişlərinin inkişaf ehtimalına təsirini öyrənmək üçün "MOBI-KIDS" adlı geniş tədqiqat aparıb. 

"MOBI-KIDS" araşdırması 2010-2015-ci illər arasında 14 ölkədə aparılıb. Buraya beyin şişi diaqnozu qoyulmuş 10-24 yaş arası 898 xəstə, habelə nəzarət qrupundan 1912 nəfər daxil edilib.

Tədqiqat iştirakçıları müxtəlif mobil cihazların istifadəsinin tezliyi və müddətini bildirən anketləri doldurublar.

Məlumatları təhlil edən alimlər belə qənaətə gəliblər ki, gənclərdə mobil və simsiz stasionar telefonlardan istifadə beyin şişlərinin inkişaf riskinin artması ilə əlaqəli deyil. Bu, simsiz rabitə və sağlamlıq arasındakı əlaqəni anlamaq üçün əlavə sübutlar tələb edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.