Sağlamlıq

Yüksək təzyiqdən sağalmaq üçün bu orqanı müalicə edin

21 Yanvar 2024 21:30
Baxış: 1 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arterial təzyiqin normallaşması üçün çox xəstə ürək və beyini müalicə etməyə başlayır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq Aleksandr Dreval təzyiqə qarşı qalxanvari vəzin aktivliyini azaltmaq lazım olduğunu bildirib.

"Hipertoniya təzyiqin 140-dan yuxarı olduğu hala deyilir. Hipertoniyanın səbəbini araşdırmaq üçün ürək, qan və damarlar yoxlanmalı, həyat və qidalanma tərzi dəyişməlidir.

50% hallarda təzyiqin səbəbi qalxanvari vəz və buna bağlı olaraq, zob, diabet, artıq çəki və s- problemlərdir.

Məhz bu kiçik orqan təzyiqi də idarə edən orqandır.

Adətən qadınlarda hiperterioz - vəzin normadan artıq aktivliyi zamanı təzyiq "oynayır".

Bu zaman qanda adrenalin miqdarı çox olur. Eləcə də stress zamanı adrenalin qanda çox olduğu üçün təzyiq də qalxa bilir.

Belə hal aşkarlanarsa, birinci növbədə vəzini müalicə etməli, funksiyasını azaltmalı, diffuz toksiki zob varsa müəyyənləşdirməlisiz".

Təzyiqi idarə edən orqanlar ürək, beyin, damarlar və böyrəklərdir. Bu orqanlar da yoxlanmalıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.