Sağlamlıq

Bu qidalar dərini yeniləyir

29 Noyabr 2023 05:30
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi qidaların hüceyrələri yenilədiyi və qocalmanı əhəmiyyətli dərəcədə gecikdirdiyi elmi cəhətdən sübut olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu ərzaqları müntəzəm istifadə etdikdə daha gənc və sağlam görünmək mümkündür.

Kələm növləri

Bədənin toksiki maddələrdən təmizlənməsi üçün detoksifikasiya enzimlərini fəallaşdıran brüksel kələmi, brokoli, ağ və qızrmızı kələm, kahı, gül kələmi hüceyrə yenilənməsində əhəmiyyətli paya malikdir.

Yağlı toxumlar

Qoz, fındıq, fıstıq, kaju, badam və s. içərisindəki çoxlu miqdarda doymamış yağ turşuları və E vitamini sayəsində dərinizə gənclik və gözəllik bəxş edəcək.

Mineral su

Sadə minerallı su dərinizin ehtiyacı olan ən vacib içkidir. Lakin qazlı, şirin sulardan bacardıqca uzaq gəzməlisiniz.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.