Gürcüstan

Gürcüstan ilə Çin viza rejimini ləğv ediblər

10 Aprel 2024 23:40
Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Gürcüstandakı səfiri Zhou Jiang iki ölkə hökumətləri arasında Gürcüstan vətəndaşlarının Çinə vizasız gediş-gəlişini təmin edəcək "Adi pasport sahibləri üçün viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında" saziş imzalayıblar.

Müqavilə qüvvəyə mindikdən sonra Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər. Saziş hər iki ölkədə daxili hüquqi prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.