Milli.Az xəbər portalının məlumatına görə, Xəzəryanı regionun neft və qaz sahəsində ən böyük tədbir sayılan "Caspian Oil and Gas" - 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı bu ilin 7-10 iyun tarixlərində, "Bakı Ekspo" sərgi mərkəzində keçiriləcək.
Dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilən bu tədbir neft-qaz sənayesinin problemlərini müzakirə etmək, habelə neftin və qazın hasilatı və emalı sahəsində əldə olunmuş ən yeni nailiyyətləri nümayiş etdirmək üçün hər il dünya neft sektorunun mütəxəssislərini və əsas iştirakçılarını bir araya gətirir. Hər il sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirak etməsi isə bu tədbirin yüksək statusunu daha da möhkəmləndirir.
Ənənəvi olaraq, "Caspian Oil and Gas" (Xəzər Neft-Qaz) layihəsinə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən də dəstək verilir. Artıq altıncı ildir ki, sözügedən sərgi beynəlxalq səviyyəli "UFI" - Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təsdiq edilir. "UFI tərəfindən təsdiq olunub" keyfiyyət nişanı sərgilərin bütün beynəlxalq standartlara cavab verdiyini sübut edən göstəricidir. Bu il sərgi "İlin Brendi №1 - Azərbaycanda Sərgilər" nominasiyasında "Brand Award Azerbaijan 2010" mükafatı ilə təltif olunub.
Xəzər Neft-Qaz sərgisini regionun neft və qaz sahəsinin digər tədbirlərindən fərqləndirən cəhət odur ki, bu sərginin açılış mərasimində yüksək səviyyəli qonaqlar iştirak edirlər. Belə ki, Avropa Birliyi, Böyük Britaniya, ABŞ və Norveçin yüksək vəzifəli şəxsləri bu tədbirin ünvanına öz salamlama məktublarını yollayıblar. Sərgi və konfransın yüksək vəzifəli "VİP" qonaqları arasında isə Norveç Şahzadəsi Xokon, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinqer, ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Norveçin Neft və Energetika naziri Ola Borten Moe və başqaları vardır. Bu tədbirdə Azərbaycan, Macarıstan, Ukrayna, Rusiya və Türkmənistanın müvafiq nazirliklərinin nümayəndələri, habelə neft və qaz sektorunda fəaliyyət göstərən iri şirkət və strukturların nümayəndələri də iştirak edirlər. Bu il Xəzər Neft-Qaz sərgisində dünyanın 27 ölkəsindən 285 şirkət iştirak edir və bu iştirakçılar arasında Böyük Britaniya, Rusiya, Türkiyə və Almaniyanın milli qrupları da vardır. Sərginin qırx faizdən çox hissəsi bütün dünyada tanınmış iri dövlət neft və qaz şirkətləri və korporasiyaları tərəfindən tutulub. Onların əksəriyyəti Xəzər Neft-Qaz sərgisinin daimi iştirakçılardırlar. Bunlardan BP, "OMV Gas International GmbH", ARDNŞ, "Statoil", "Total", TPAO və bir çox digər şirkətlərin adlarını çəkmək olar. Sevindirici haldır ki, yerli şirkətlərin iştirak faizi durmadan artır. Belə ki, bu il onlar ümumilikdə sərgi iştirakçılarının 38 faizini təşkil edəcəklər. İştirakçılar tərəfindən tutulmuş sərgi sahələrinin sayı ötən il ilə müqayisədə 25% çoxdur. Xəzər Neft-Qaz sərgisini debütant şirkətləri isə eksponentlərin ümumi sayının 12 faizini təşkil edirlər. Sərgi və konfransa informasiya dəstəyi dünyanın 11 ölkəsindən təxminən 90 aparıcı kütləvi informasiya vasitəsi tərəfindən göstərilir.
Sərginin ekspozisiyası "Bakı Ekspo" kompleksinin 2 pavilyonunu əhatə edəcək və ən yeni neft-qaz avadanlıqlarını, habelə neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirməklə yanaşı, Azərbaycan ərazisində həyata keçirilən və gələcəkdə həyata keçiriləcək neft və qaz layihələrini təqdim edəcəkdir. Artıq ötən ildən etibarən, sərgi yeni və müasir sərgi kompleksində keçirilir ki, bu da eksponentlərə sərgidəki iştiraklarına daha da yaradıcı yanaşmağa imkan vermişdir. Belə ki, misal üçün, bu il bir sıra şirkətlər sərgi stendlərini tamamilə yeni konsepsiyada təqdim edirlər. "Schlumberger" və "Azfen-Tekfen" Alyansı kimi bir çox iştirakçılar isə öz stendlərinin sahəsini ötən il ilə müqayisədə demək olar ki, iki dəfə artırıblar.
Həmçinin, sərgi geniş işgüzar proqram ilə müşayiət olunacaq. Bu proqram çərçivəsində dörd gün ərzində neft və qaz sahəsinin nümayəndələrindən ibarət geniş auditoriya üçün aktual mövzularda seminarlar və şirkətlərin təqdimat mərasimləri keçiriləcək. Qeyd etmək lazımdır ki, Xəzər Neft-Qaz sərgisi uşaq yaradıcılığını inkişaf etdirməklə, yetişən gənc nəslə xüsusi qayğı göstərir. Belə ki, "Bakı Ekspo" sərgi mərkəzinin kiçik bir guşəsində mini-qalereya fəaliyyət göstərəcək və burada bədii studiyanın şagirdləri öz şəkilləri və istedadları ilə sərgi ziyarətçilərini sevindirəcəklər.
Xəzər Neft-Qaz sərgisinin işgüzar proqramının mərkəzi hadisəsi isə 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Konfransı olacaq. Bu konfrans sərginin ikinci günü, yəni iyun ayının 8-də "Hyatt Regency" mehmanxanasının konfrans zalında keçiriləcəkdir. Konfransda iştirak edəcək 500-dən yuxarı nümayəndə artıq təsdiq olunub. Onların arasında respublikanın neft və qaz sahəsinin yüksək vəzifəli şəxsləri və aparıcı iştirakçıları, həmçinin müxtəlif dövlətlərdən olan VİP səviyyəli nümayəndə heyətləri vardır.
Bu il keçirilən konfrans yüksək maraq doğurur və bu, Azərbaycanın Avropa və dünya bazarlarında enerji daşıyıcılarının aparıcı təchizatçılarından biri kimi artan rolu ilə bağlıdır. Konfransın birinci günü bu mövzular əhatə olunacaq: "Xəzər Regionu: dünya enerji bazarında dəyişikliklər", "Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu", "Azərbaycanın investisiya baxımından cəlbedici olması". Konfransın ikinci günü isə konfrans iştirakçıları kəşfiyyat və hasilat sektorunun əsas layihələri, nəqletmə, yeni layihələr və s. bu kimi mövzuları müzakirə edəcəklər. Ekologiya və ekoloji təhlükəsizlik kimi aktual problemlərin müzakirəsinə də xüsusi yer ayrılmışdır. Qazma əməliyyatları, neft-qaz sektorunda hər hansı obyektin tikintisi ekoloji prioritetləri nəzərə almaqla həyata keçirilməlidir. Buna görə də, konfrans iclaslarından biri qabaqcıl ekoloji layihələrin nümayiş etdirilməsinə və neft-qaz sektorunun ekologiyası ilə bağlı gündəmdə duran aktual məsələlərin həllinə yönəlmişdir. Beləliklə, bu konfrans peşəkarların öz təcrübə və müvəffəqiyyətləri ilə bölüşmələri, habelə neft və qaz sənayesinin inkişafı istiqamətində mövcud olan əsas tendensiyaları izləyə bilmələri üçün gözəl imkandır.
Sərgi və konfrans bir sıra xüsusi nəşrlər ilə müşayiət olunacaq. Belə ki, misal üçün, sərgi iştirakçıları haqqında ətraflı məlumatları əks etdirən rəsmi kataloq, məruzəçilərin tərcümeyi-hallarını və iştirakçıların fəaliyyətini təsvir edən konfrans materialları, həmçinin sərgi və konfransdan ən son hadisələri işıqlandıracaq rəsmi "Caspian Oil and Gas" qəzeti dərc ediləcək.
Bu il tədbirə ümumilikdə 20-dən çox şirkət sponsorluq edir və bu şirkətlərin tərkibi sərgi və konfransın yüksək statusunu bir daha vurğulayır. Onların arasında neft və qaz sənayesinin aparıcı simaları - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "Baku White City" ("Bakı Ağ Şəhər" layihəsi), "BP Azerbaijan", "Caspian Geophysical", "Caspian Pipe Coatings", "Conoco Phillips", "Cross Caspian Oil and Gas Logistics", "DEPA", "Edison", "Fluenta", "GDF SUEZ", "Inpex Corporation", "Mcdermott Caspian Contractors Inc", "Nobel Oil", "OMV Gas & Power Gmbh", "RWE", "Statoil", "Salans", "TAP" və "Total E&P Azerbaijan" kimi şirkətlər vardır. "Azerfon-Vodafone", "AZAL", "Greenwich Travel Club", "Caspel" şirkətləri və "Qafqaz Point Hotel" mehmanxanası isə 2011-ci il sərgilərinin tərəfdaşları qismində çıxış edirlər.
Ənənəvi olaraq, sərginin təşkilatçıları Böyük Britaniyanın "ITE Group PLC" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətidir. Həmçinin, layihə üzərində işə "ITE Group plc" şirkətinin tərəfdaşları - "Iteca Caspian LLC" (Azərbaycan), "ITE LLC Moscow" (Rusiya), "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE China" (Çin Xalq Respublikası) və "ITE Gulf" (BƏƏ) şirkətləri cəlb edilmişlər. Bu tərəfdaşlar milli qrupları və beynəlxalq eksponentləri Azərbaycanda keçirilən sərgilərdə iştiraka fəal şəkildə dəvət edirlər.
Beləliklə, bu il də "Caspian Oil and Gas" (Xəzər Neft-Qaz) sərgisi beynəlxalq işgüzar əməkdaşlığı təşviq etmək kimi əsas məqsədlərindən birinə nail olacaq. Artıq uzun illərdir ki, mütəxəssislər xarici və yerli şirkətlər arasında daha intensiv təcrübə mübadiləsinin aparılmasına və qabaqcıl texnologiyaların tətbiqinə imkan yaradan bu sərgi və konfransı Xəzər energetika sənayesinin ayrılmaz tərkib hissəsi kimi qəbul edirlər. Bu il sərgi Azərbaycan neftçilərinin həyatında bir neçə əhəmiyyətli hadisə ilə üst-üstə düşür.
Belə ki, bu il Azərbaycanda neft yataqlarının kəşfiyyatına öz əhəmiyyətli töhfəsini vermiş əfsanəvi neftçi-geoloq Ağa Qurban Əliyevin 100 illik yubileyi qeyd edilir. Bu görkəmli şəxsiyyət dünyada ilk ən böyük dəniz neft yatağını - məşhur Neft Daşlarını kəşf edən şəxsdir. Sözügedən sərgi və konfrans bu sektorun zəngin tarixi və neft-qaz hasilatına bilavasitə yaxınlığı sayəsində Azərbaycanın neft və qaz bazarında uzunmüddətli əməkdaşlığa maraq göstərən şirkətlər üçün effektiv işgüzar meydançaya çevrilir. Sərgi və konfransların keçirilməsi sahəsində əldə olunan müsbət təcrübə, dövlət strukturlarının dəstəyi və siyasi baxımdan sabit, iqtisadi cəhətdən isə güclü region "Caspian Oil and Gas-2011" sərgi və konfransının uğur qazanması üçün əlverişli zəmin yaradır.
Milli.Az
Sərgilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı olacaq
6 İyun 2011 23:37
Baxış: 1 113

DİGƏR XƏBƏRLƏR
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
-
İran və Rusiya dörd yeni əməkdaşlıq sənədi imzalayıb
XƏBƏR LENTİ
-
"Neftçi" öz meydanında "Zirə"yə məğlub oldu
-
“Uzak Şehir”dən ayrılır - FOTO
-
“Real Madrid” qələbə qazandı
-
İki güləşçimiz Avropa çempionu oldu - yenilənib - FOTO
-
Siqaretlər bahalaşıb? - açıqlama
-
3 bürc tezliklə xoş xəbər alacaq
-
“Yemək yemirəm, 24 saat yalnız su içirəm” - Talıb Tale
-
Bakıda yaşayış binasında yanğın - VİDEO
-
“Avrupa Yakası”nın Qaffurunu tanımaq olmur - sevənləri üzüldü - FOTO
-
Muxadin Kişev vəfat etdi
-
53 yaşlı qadın dəm qazından öldü
-
Türkiyədə zəlzələ oldu
-
Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib - FOTO
-
Leyla Əliyevanın iştirakı ilə Bakıda 1400-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib - FOTO
-
Ən bahalı heyəti olan yığma komandalar: Almaniya 9-cu
-
Məhərrəm ayında toy etmək olar? - İlahiyyatçı AÇIQLADI
-
"Ən abırlı geyinən müğənni mənəm" - VİDEO
-
Nazir yazdığı bu mesaja görə ÜZR İSTƏDİ
-
Hava yenidən korlanacaq: güclü külək, leysan...
-
Nisyə mal alqı-satqısında yeni QAYDALAR olacaq
-
"Pulları qutularla gətirmişəm, o toydan ana-bala 1 MİLYON pul götürdük" - VİDEO
-
Dünya çempionuna ağır CƏZA
-
"Onların başında şəxsən Makron dayanır"
-
Ayselin bu geyimi TƏNQİD EDİLDİ - VİDEO