Sərgilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda Xəzər Neft və Qaz Sərgisi keçiriləcək
16 May 2011 19:40
Baxış: 1 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 7-10-da "Bakı Ekspo" sərgi mərkəzində Xəzəryanı regionun neft və qaz sahəsində ən böyük tədbir olan "Caspian Oil and Gas" 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı keçiriləcək. Dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilən bu tədbir hər il dünyanın neft sektorunun mütəxəssislərini və əsas iştirakçılarını bir araya gətirir. Hər il sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi onun yüksək statusunu daha da möhkəmləndirir. Bununla yanaşı, hər il sərginin ünvanına bir sıra dövlətlərin liderləri öz salamlama məktublarını yollayırlar. Ənənəvi olaraq, "Caspian Oil and Gas" (Xəzər Neft-Qaz) layihəsinə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən də dəstək verilir. Artıq altıncı ildir ki, sözügedən sərgi beynəlxalq səviyyəli "UFI" - Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təsdiq edilir. "UFI tərəfindən təsdiq olunub" keyfiyyət nişanı sərgilərin bütün beynəlxalq standartlara cavab verdiyini sübut edən göstəricidir. Bu il sərgi "İlin Brendi №1-Azərbaycanda Sərgilər" nominasiyasında "Brand Award Azerbaijan 2010" mükafatı ilə təltif olunmuşdur.
"Caspian Oil and Gas" 2011 dünyanın 28 ölkəsindən 300-dən yuxarı şirkətin, o cümlədən neft və qaz sənayesi sektorlarını təmsil edən bütün bölmələrin istehsal və idarə etmə, neft və neft məhsullarının nəqli üzrə rəhbər işçilərinin, ekologiya işçilərinin, eləcə də elm xadimlərinin iştirakı gözlənilir. Sərgi sahəsinin 40 faizdən çox hissəsini, əsas etibarı ilə Xəzər Neft və Qaz tədbirinin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tutacaq. Qarşıda gələn sərgi sponsorlarının arasında ARDNŞ, Baku White City, BP Azerbaijan, Caspian Geophysical, Caspian Pipe Coatings, Conoco Phillips, Cross Caspian Oil and Gas Logistics, DEPA, Edison, Fluenta, GDF SUEZ, Inpex Corporation, McDermott Caspian, Nobel Oil, OMV, RWE, Statoil, Salans, TAP, Total E&P Azerbaijan və Volgaburmaş, JSC şirkətləridir. Beləliklə, artıq bu gün keçən il ilə müqayisədə sərginin 25% artımı qeyd olunur.
Sərginin ikinci günü, yəni iyunun 8-də "Hyatt Regency" mehmanxanasının konfrans zalında "Caspian Oil and Gas" konfransı öz işinə başlayacaq. Bu konfransda Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın bu məsələdə rolu, ölkənin investisiya baxımından cəlbedici olması, habelə Azərbaycanda kəşfiyyat və hasilatın əsas inkişaf istiqamətləri kimi mövzular müzakirə ediləcəkdir.
Artıq uzun illər ərzində keçirilməsinə baxmayaraq, "Caspian Oil and Gas" sərgisi əvvəlki kimi bütün dünyanın "neft-qaz elitasının" diqqət mərkəzindədir. Respublika rəhbərliyi tərəfindən neft-qaz çıxartma və karbohidrogen ehtiyatlarının nəqli yollarının diversifikasiyası sahəsində həyata keçirilən uğurlu siyasət, habelə Azərbaycanın iri neft və qaz layihələrində potensial iştirakı Xəzər enerji resurslarına olan yüksək marağı, eləcə də regional və qlobal enerji təhlükəsizliyi kimi məsələlərdə Azərbaycanın artan rolunu bir daha vurğulayır. Bu baxımdan, sözügedən sərgi və konfransın köhnə tərəfdaş və investorların illik görüş yeri kimi, o cümlədən neft-qaz sənayesində mövcud olan yüksək texnoloji avadanlıqların geniş miqyasda nümayiş etdirildiyi, habelə Xəzəryanı ölkələrdə neft-qaz sənayesinin inkişaf yollarının daha geniş anlamda, eyni zamanda, ətraflı və peşəkar səviyyədə müzakirə edildiyi bir yer kimi daşıdığı əhəmiyyət daha da aktual xarakter alır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır