19-21 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində ətraf mühitin mühafizəsi üzrə 5-ci Yubiley Beynəlxalq "Xəzər: ətraf mühit üçün texnologiyalar" ("CTE 2014") sərgisi keçiriləcək.
Milli.Az xəbər verir ki, bu sərgi Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbirdir və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun tərəfdaşı "ITE Group PLC" şirkətləri çıxış edirlər.
"СТЕ" yubiley sərgisi Azərbaycan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Danimarka, İtaliya, İsveç, Rusiya, Serbiya, Türkiyə və digər ölkələrdən gələn şirkətləri bir meydançada toplayacaq. Azərbaycanda keçirilən ekoloji sərgidə ilk dəfə olaraq Çexiyanın milli stendi də iştirak edir. Sərgidə yerli şirkətlərin böyük qismini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi habelə "Təmiz Şəhər" ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Dövlət Aerogeodeziya Müəssisəsi, Bakı Kartoqrafiya Fabriki, Azərbaycan Respublikası Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi, Dövlət Yerquruluşu Layihə İnstitutu və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kimi dövlət strukturları təşkil edirlər.
Bu il iştirakçıların 40%-dən çox debütantlar təşkil edir və onların arasında həm yerli, həm də xarici şirkətlər var: "Eldan Recycling", "Eko Engineering 2000", "GAUS Elektrik Otomasyon", "MRT System International", "Salvador" "Santes Incinerator", "Thrace Group", "Waterland" və s. Sərgi debütantları sərgidə eroziv təsirə qarşı materiallar, hidroizolyasiya sistemləri, müxtəlif növ qazlardan əmələ gələn dumanın emalı üzrə sistemlər, geotekstil borular, bentonit geosintetik izolyasiya materialları, vakuum nasosları, pnevmatik domkratlar, tozşəkilli material və mayelərin daşınması üçün səyyar qablaşdırma sistemləri, asfaltın örtüklənməsi üzrə tikinti xərclərini azaltmağa və materialın dağılma / köhnəlmə müddətini uzatmağa imkan verən kompozit materiallar, tullantıların yandırılması sistemləri və paslanmayan poladdan hazırlanan qurğuları nümayiş etdirəcəklər.
Ümumilikdə, "CTE 2014" sərgisi ziyarətçilərin diqqətini ətraf mühitin mühafizəsi üzrə problemlərə və onların həlli yollarına, eləcə də bir çox digər məsələlərə yönəltməklə, təbii resurslardan səmərəli istifadə sahəsində ən yeni məhsulları, sülb (bərk) tullantıların yığılması və utilizasiyası üzrə sistemləri və alternativ energetika avadanlıqlarının müasir nümunələrini nümayiş etdirəcək. Bu il sərginin fərqləndirici cəhəti çirkab suların turşulu qatışıqlar və ağır metallardan təmizlənməsi, suvarma üçün kənd təsərrüfatında və istehsalda təkrar istifadə məqsədilə radioaktiv suların təmizlənməsi sistemləri üzrə xarici ekspozisiyaların artmasıdır. Həmçinin, sərgidə ARDNŞ və BP şirkətləri tərəfindən suyun və qruntun təmizlənməsi, eləcə də zəhərli tullantıların idarə edilməsi üzrə yeni texnologiyalar nümayiş etdiriləcək. Sərginin sponsoru qismində "Evrascon" şirkəti çıxış edir. "CTE 2014" sərgisi barədə daha ətraflı məlumat üçün sərginin www.cte.az veb-saytına daxil ola bilərsiniz.
Əlavə məlumat əldə etmək üçün, xahiş edirik, Svetlana Hacıyevaya müraciət edəsiniz
Milli.Az
Sərgilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Xəzər: ətraf mühit üçün texnologiyalar" sərgisi keçiriləcək
27 Oktyabr 2014 17:00
Baxış: 2 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
XƏBƏR LENTİ
-
Mingəçevirdə ağır QƏZA: 3 maşın toqquşdu
-
Bu Liqanın oyunları təxirə salındı
-
Bakıda 2 qadın amansızcasına qətlə yetirildi
-
“Artemis II” Yerə qayıtdı - FOTO - VİDEO
-
Polis 17 kq narkotik vasitə aşkarladı
-
7 yaşlı qız kanalda boğuldu
-
Dünyanın gözü İslamabadda: Tarixi görüş başlayır
-
Qəzalarda 30 faizdən çox insan bu səbəbdən ÖLÜR
-
Bu ərazidə sürüşmə baş verdi
-
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
-
Azərbaycandan Ermənistana 900 tona yaxın dizel göndərilir
-
Paşinyanın kortejində qəza: Ölən və yaralanan var
-
Zubir “Qarabağ”dan gedir - Yeni klubu hara olacaq?
-
Hörmüz boğazı nə vaxt açılacaq?
-
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO
-
Bu ərazilərdə 3 saat işıq OLMAYACAQ
-
Prezident İlham Əliyev balaca Ayazın ailəsinə “Kamaz” hədiyyə etdi - VİDEO - FOTO
-
ABŞ mediasında yeni dalğa: Karlson niyə İsraildə narazılıq yaradır?
-
Onlar imtahansız işə qəbul EDİLƏCƏK
-
Həftəlik göstəricilər: Dollar sabit, digər valyutalar yüksəlişdə
-
Həftəsonu bu BÜRCləri sürprizlər gözləyir: Kimə sevinc, kimə dəyişiklik?
-
Dünya bazarında neft ucuzlaşır - Son göstəricilər açıqlandı
-
Narkotik təsiri ilə sükan arxasına keçən 3 nəfər saxlanıldı - FOTO
-
Xaçmazda maşın 36 yaşlı şəxsi vuraraq öldürdü





