Sərgilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az-ın məlumatına görə, hərbi sərginin keçirilməsi ideyası son illər müdafiə sənayesi sahəsində əldə olunan uğurlarla bağlıdır. Bütün sənaye sahələrində müşahidə olunan iqtisadi inkişaf sayəsində Azərbaycan həm regional, həm də beynəlxalq bazarlarda mühüm aparıcı fiqur və strateji tərəfdaşa çevrilmişdir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən layihələr regionda təhlükəsizlik və əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Həmçinin, Azərbaycanın hərbi sənaye kompleksi də bir sıra irimiqyaslı layihələr həyata keçirərək öz imkanlarını əsaslı şəkildə genişləndirmişdir. Hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrlə hərbi-texniki əməkdaşlığı sürətlə genişləndirir. Hazırda hərbi sənaye elə bir səviyyəyə çatmışdır ki, bu cür sərginin keçirilməsi zərurət doğurur. Güclü dövlətə güclü ordu lazımdır. Azərbaycanın, eləcə də xarici eksponentlərin hərbi müdafiə sənayesi üzrə ən son nailiyyətlərini nümayiş etdirən "ADEX 2014" sərgisi də məhz bu konsepsiyanı özündə əks etdirəcək.
Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, biznes dairələri və sənaye strukturları tərəfindən "ADEX 2014" sərgisinə göstərilən böyük maraq bu tədbirin aktuallığını və region üçün əhəmiyyətini sübut edir. "ADEX 2014" sərgisində (Bakı Ekspo Mərkəzinin üç pavilyonunu tam əhatə etməklə) dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir. Belə ki, sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənirlər. Sərginin platin sponsoru Niderland Krallığının "Damen Shipyards Group" gəmiqayırma şirkətidir. Sərginin qızıl sponsoru qismində isə "Roketsan" (Türkiyə) şirkəti çıxış edir. "ADEX 2014" sərgisinə olan böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir.
Ümumiyyətlə, sənaye müəssisələrinin əldə etdiyi ən yeni nailiyyətlərin nümayişi altı tematik istiqamət üzrə həyata keçiriləcək: quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları; aviasiya və aviasiya silahları; hava hücumundan müdafiə üzrə sistem və vasitələr; xüsusi təyinatlı vasitələr və əmlak; informasiya texnologiyaları, rabitə sistemlər / vasitələri; ordunun inzibati və texniki təminatı; kosmik texnologiyalar. Sərginin kompleks ekspozisiyası dövlətin müdafiə maraqları çərçivəsində elmi-texniki potensialın gücləndirilməsinə xidmət etməklə yanaşı, yeni texnoloji proseslərin işlənib hazırlanması üçün də stimul olacaqdır.
Sərgini geniş işgüzar proqram müşayiət edir və bu proqramın mühüm hissəsini sənaye nazirlikləri, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə ikitərəfli görüşlər təşkil edəcək. 12 sentyabr tarixində "Jumeirah Bilgah Beach" otelində "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusuna həsr edilmiş konfrans çərçivəsində müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər müzakirə olunacaqdır. Ümumilikdə isə konfransda 200-dən artıq mütəxəssis, hərbi ekspert, eləcə də dövlət strukturları və şirkət nümayəndələrinin iştirakı gözlənilir.
Beləliklə, "ADEX" sərgisi milli hərbi sənaye potensialının nümayişi, habelə hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələri, eləcə də ən yeni hərbi texnika növləri ilə tanışlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından ən səmərəli meydançadır. Bu cür ixtisaslaşdırılmış sərginin keçirilməsi Azərbaycanda hərbi sənayesinin inkişafına təkan verməklə yanaşı, ölkədə istehsal edilən hərbi məhsulların dünya bazarında rəqabətə davamlı olmasına da öz töhfəsini verəcəkdir.
Milli.Az
Bakıda Beynəlxalq Müdafiə Sənayesi sərgisi olacaq
10 Sentyabr 2014 16:12
Baxış: 2 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
11-13 sentyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq 1-ci Azərbaycan Beynəlxalq "Müdafiə sənayesi" ("ADEX 2014") sərgisi keçiriləcək. Bu sərgi müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın güc və qüdrətinin böyük paradına çevriləcəkdir. "ADEX 2014" sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilir. Sərginin təşkilati tərəfdaşları "Iteca Caspian" və "Caspian Event Organisers" (CEO) şirkətləridir.1-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi
Milli.Az-ın məlumatına görə, hərbi sərginin keçirilməsi ideyası son illər müdafiə sənayesi sahəsində əldə olunan uğurlarla bağlıdır. Bütün sənaye sahələrində müşahidə olunan iqtisadi inkişaf sayəsində Azərbaycan həm regional, həm də beynəlxalq bazarlarda mühüm aparıcı fiqur və strateji tərəfdaşa çevrilmişdir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən layihələr regionda təhlükəsizlik və əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Həmçinin, Azərbaycanın hərbi sənaye kompleksi də bir sıra irimiqyaslı layihələr həyata keçirərək öz imkanlarını əsaslı şəkildə genişləndirmişdir. Hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrlə hərbi-texniki əməkdaşlığı sürətlə genişləndirir. Hazırda hərbi sənaye elə bir səviyyəyə çatmışdır ki, bu cür sərginin keçirilməsi zərurət doğurur. Güclü dövlətə güclü ordu lazımdır. Azərbaycanın, eləcə də xarici eksponentlərin hərbi müdafiə sənayesi üzrə ən son nailiyyətlərini nümayiş etdirən "ADEX 2014" sərgisi də məhz bu konsepsiyanı özündə əks etdirəcək.
Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, biznes dairələri və sənaye strukturları tərəfindən "ADEX 2014" sərgisinə göstərilən böyük maraq bu tədbirin aktuallığını və region üçün əhəmiyyətini sübut edir. "ADEX 2014" sərgisində (Bakı Ekspo Mərkəzinin üç pavilyonunu tam əhatə etməklə) dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir. Belə ki, sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənirlər. Sərginin platin sponsoru Niderland Krallığının "Damen Shipyards Group" gəmiqayırma şirkətidir. Sərginin qızıl sponsoru qismində isə "Roketsan" (Türkiyə) şirkəti çıxış edir. "ADEX 2014" sərgisinə olan böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir.
Ümumiyyətlə, sənaye müəssisələrinin əldə etdiyi ən yeni nailiyyətlərin nümayişi altı tematik istiqamət üzrə həyata keçiriləcək: quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları; aviasiya və aviasiya silahları; hava hücumundan müdafiə üzrə sistem və vasitələr; xüsusi təyinatlı vasitələr və əmlak; informasiya texnologiyaları, rabitə sistemlər / vasitələri; ordunun inzibati və texniki təminatı; kosmik texnologiyalar. Sərginin kompleks ekspozisiyası dövlətin müdafiə maraqları çərçivəsində elmi-texniki potensialın gücləndirilməsinə xidmət etməklə yanaşı, yeni texnoloji proseslərin işlənib hazırlanması üçün də stimul olacaqdır.
Sərgini geniş işgüzar proqram müşayiət edir və bu proqramın mühüm hissəsini sənaye nazirlikləri, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə ikitərəfli görüşlər təşkil edəcək. 12 sentyabr tarixində "Jumeirah Bilgah Beach" otelində "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusuna həsr edilmiş konfrans çərçivəsində müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər müzakirə olunacaqdır. Ümumilikdə isə konfransda 200-dən artıq mütəxəssis, hərbi ekspert, eləcə də dövlət strukturları və şirkət nümayəndələrinin iştirakı gözlənilir.
Beləliklə, "ADEX" sərgisi milli hərbi sənaye potensialının nümayişi, habelə hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələri, eləcə də ən yeni hərbi texnika növləri ilə tanışlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından ən səmərəli meydançadır. Bu cür ixtisaslaşdırılmış sərginin keçirilməsi Azərbaycanda hərbi sənayesinin inkişafına təkan verməklə yanaşı, ölkədə istehsal edilən hərbi məhsulların dünya bazarında rəqabətə davamlı olmasına da öz töhfəsini verəcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
XƏBƏR LENTİ
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”
-
İslamabadda xəstəxanada dəhşətli yanğın: 14 körpə öldü
-
Aftandil İsrafilovun villası fantastik qiymətə satışa çıxarıldı
-
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
-
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı
-
İsti havada elektrik avtomobillərinin batareyasını necə qorumaq olar?
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
-
"Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı





