Bakıda Xəzəryanı regionun enerji sektorunun ən iri tədbiri - 21-ci Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransı öz işinə başlayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il Azərbaycanın neft-qaz sənayesi tarixində mühüm hadisə - "Əsrin Müqaviləsi"nin 20-ci ildönümü qeyd edilir. Birinci "Caspian Oil & Gas" sərgisi öz işinə 1994-cü ildə - həmin ilin sentyabr ayında Azərbaycanın neft sənayesi və iqtisadiyyatının inkişafında yeni dövrün başlanğıcı olan "Əsrin Müqaviləsi"nin imzalanması ərəfəsində başladı. Həmin vaxt ümummilli lider Heydər Əliyev Azərbaycanın neft-qaz sahəsində birinci ixtisaslaşdırılm
Sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevin iştirak etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiq edir. Ölkə başçısı bu il də sərgi və konfransın iştirakçı və qonaqlarının ünvanına salamlama məktubu göndərmişdir. "Caspian Oil & Gas" sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən əvəzolunmaz dəstək göstərilir. Sərginin təşkilatçıları qismində "ITE Group" və onun tərəfdaşı - "Iteca Caspian" şirkətləri çıxış edirlər. Layihə üzərində işlərə "ITE Group Plc" şirkətinin tərəfdaşları - "ITE London", "ITE LLC Moscow" (Rusiya), "EUF" (Тürkiyə), "GIMA" (Almaniya), "ITE China" (ÇXR) və "ITE Gulf" (BƏƏ) şirkətləri cəlb olunublar və onlar beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgidə iştiraka fəal surətdə cəlb edirlər. Artıq 9 ildir ki, sərgi "UFI" Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təqdir olunur, belə ki, "UFI tərəfindən təsdiq olunub" nişanı sərginin bütün beynəlxalq standartlara uyğun olduğunu sübut edir.
Hər il yüksək vəzifəli qonaqlar bu sərgi və konfransı ziyarət edir və tədbirin rəsmi açılış mərasimində iştirak edirlər. "Caspian Oil & Gas 2014" sərgi və konfransının "VIP" səviyyəli qonaqları arasında Böyük Britaniya baş nazirinin Azərbaycanla ticarətin inkişafı üzrə xüsusi elçisi cənab Çarlz Hendri, Norveçin neft və energetika nazirinin müavini cənab Kare Fostervold, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Metin Kilci, Türkiyənin nəqliyyat nazirinin müavini Firudun Bilgin Enerji Xartiyasının baş katibi cənab Urban Rusnak, Bolqarıstanın xarici işlər nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Laçezar Matev, Robert Dadli, BP şirkətinin baş icraçı direktoru, Daniel Ştayn, ABŞ Dövlət Departamentinin Enerji məsələləri üzrə Baş məsləhətçisi və digərləri var.
Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70%-dən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulub və onların arasında bilavasitə "Əsrin Müqaviləsi"nin iştirakçıları var (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "BP", "Statoil", "TPAO", "Lukoil" və s.). Sərginin, demək olar ki, bütün debütantları əvvəllər heç vaxt Azərbaycan bazarında olmayıblar və öz bizneslərini Xəzəryanı regionda genişləndirmək üçün bu sərgidən başlanğıc platforma kimi istifadə edirlər. Beynəlxalq "Caspian Oil & Gas" sərgisinin iştirakçı tərkibinin daimi yenilənməsi və genişlənməsi isə dünya neft-qaz cəmiyyətinin sərgiyə səngiməyən marağını vurğulayır. Sərgi iştirakçılarının ümumi sayının 35%-ni yerli şirkətlər təşkil edir. Ümumiyyətlə isə sərginin bütün ekspozisiyası üzrə artım 10%-dir.
Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası aşağıdakı tematik bölmələrdən ibarətdir: neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və s. Azərbaycanda "Sənaye İli" ilə əlaqədar olaraq, iştirakçılar öz ekspozisiyaların
Sərgi sponsorlarının tərkibi də tədbirin statusunu vurğulayır. "Caspian Oil & Gas 2014" sərgisinin baş sponsoru qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), qızıl sponsorları qismində "BP Azerbaijan" və "Baker Hughes" şirkətləri, gümüş sponsorları qismində "Nobel Oil LTD" və "Caspian Drilling Company" şirkətləri, bürünc sponsorları qismində isə "Ballast Pipeline SVAP", "Dassault Systèmes", "SNF VOSTOK", "Azfen J.V.", "Azeri M-I Drilling Fluids", "Bos Shelf", "RussNeft", "Caspian Marine Services" və "Tekfen Construction and Installation Co. INC" şirkətləri çıxış edirlər. Sərginin rəsmi avtomobili "Toyota"dır.
Ardıcıl olaraq ikinci ildir ki, sərgi çərçivəsində "BP" şirkəti və onun Azəri-Çıraq-Günə
Dördgünlük sərginin işgüzar proqramı da zəng olacaqdır. Belə ki, sərgi çərçivəsində neft-qaz sənayesi nümayəndələrinin geniş auditoriyası üçün aktual seminarlar və şirkətlərin təqdimatları təşkil olunacaq. 4 iyun tarixində Bakı Ekspo Mərkəzində "Intertech Corporation" şirkətinin "Neft sənayesi və ətraf mühit üzrə müasir analitik avadanlıqlar" mövzusunda seminarı keçiriləcəkdir. 5 iyun tarixində Bakı Ekspo Mərkəzində "Youth inc." şirkətinin iştirakçıları üçün master-klass keçiriləcək. "Youth İnc." proqramı "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi, Coca-Cola və Gənclər və İdman Nazirliyinin birgə proqramıdır. Proqramın məqsədi Azərbaycanda "Gənc Sahibkarlıq" anlayışının inkişafı və gənclərin öz biznesini yaradılmasında dəstək olunmasıdır.
DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
XƏBƏR LENTİ
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Rusiya Ukraynanın itkilərini yenilədi





