Bakıda avtomobil həvəskarları üçün möhtəşəm sərgi olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobil həvəskarları üçün nəzərdə tutulmuş "BIMS-2014" sərgisi may ayının 15-də start götürəcək.Bakıda 8-ci Bakı Beynəlxalq "Motor Şou" və 1-ci Xəzər Beynəlxalq "Katerlər və Yaxtalar" sərgisi keçiriləcək
Milli.Az xəbər verir ki, may ayının 15-də Bakı Ekspo Mərkəzində Azərbaycanın avtomobil həvəskarlarının çoxdan bəri gözlədikləri Bakı Beynəlxalq "Motor Şou" ("BIMS-2014") sərgisi start götürəcək. Sözügedən sərgi avtomobil texnikası və komplektləşdirici hissələrinin məşhur brendlərinin yerli və xarici istehsalçılarını, distribyutorlarını və dilerlərini bir araya gətirib. Layihəyə Azərbaycan Avtomobil Federasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi dəstək göstərilir. Sərginin beynəlxalq statusunu Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının ("UFI") keyfiyyət nişanı təsdiq edir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun tərəfdaşı "ITE Group Plc" şirkətləri çıxış edirlər. "BIMS-2014" sərgisinin sponsoru isə "Toyota" şirkətidir. 2014-cü ildə keçirilən bütün sərgilərin rəsmi tərəfdaşları "JW Marriott Hotel Absheron Baku" və "Qafqaz Point Hotel" (rəsmi otellər) mehmanxanaları, "Greenwich Travel Club" (rəsmi turoperator) şirkəti və "SafeLife" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) şirkətidir.
"BIMS-2014" sərgisində dünyanın 14 ölkəsindən, o cümlədən Almaniya, Çin, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdən 85 şirkət təqdim olunur. Sevindirici haldır ki, bütün sərgi sahəsinin 55%-ni yerli şirkətlər tuturlar. Avtomobil həvəskarlarının və sahə peşəkarlarının diqqətinə üç böyük sektor təqdim olunacaq: minik avtomobilləri və motorlu nəqliyyat növləri, kommersiya nəqliyyatı və avtomobillər üçün ehtiyat hissələri və ləvazimatlar. Sərginin iştirakçıları arasında minik avtomobillərinin istehsalı sahəsində "Toyota", "Lexus", "Suzuki", "Volvo" və s. bu kimi dünya səviyyəli istehsalçılar var. Motosiklet dilerləri isə "Aprilia", "Suzuki", "Harley Davidson", "Vespa", "Bike-Lift", "Yamaha", "Haojue" və "Piaggio Zontes Scoyco Polaris" modellərini təqdim edirlər.
Azərbaycan iqtisadiyyatının nəqliyyat sektoru dinamik inkişaf edir və bununla əlaqədar, "BIMS-2014" sərgisində kommersiya nəqliyyatı sektoru fəal şəkildə təqdim olunur. Kommersiya nəqliyyatı bölməsi həm sərgi kompleksinin daxilində, həm də kompleksin xarici meydançasında yerləşir və burada "GAZ," "HOVO", "Isuzu", "MANN" və "Mitsubishi" şirkətlərinin istehsal olan yedək avtomobilləri, özüboşaldan yük avtomobilləri, müxtəlif növ məhsulların daşınması üçün yarım-qoşqular nümayiş etdiriləcək.
Avtomobillər üçün ehtiyat hissələri, habelə ləvazimat və komplektləşdirici hissələr bazarı olmadan dünya avtomobil sənayesinin inkişafını təsəvvür etmək mümkün deyil. Bununla əlaqədar olaraq, sərgidə avtomobillər üçün ehtiyat hissələri, eləcə də avtomobil yağları, filtrlər, avto-kosmetika və avtomobillər üçün digər kimya məhsullarına həsr olunmuş tematik bölmə əhəmiyyətli yer tutur. Sərgidə həmçinin "tyuninq-atelye" də iştirak edir. Bu bölmənin işgüzar proqramı çərçivəsində 16 may tarixində Bakı Ekspo Mərkəzində "Xəzər Elektron" şirkəti tərəfindən "Bahko - Avtomobil alətləri" mövzusunda seminar keçiriləcək.
Sərginin əsas hadisəsi təqdimatlardan ibarət olacaq və bu təqdimatlar həm şirkətlərin stendlərində, həm də xüsusi meydançada keçiriləcək. Təqdimat proqramına "Suzuki" (SX4 S CROSS), "Great Wall" və "Volvo" kimi brendlər daxil edilmişdir. Burada həmçinin "Lexus" şirkətinin hibrid modelinin ("Lexus RX Hybrid", "Lexus GS Hybrid") premyerası da baş tutacaq. Beləliklə, "BIMS-2014" sərgisinin ziyarətçiləri Azərbaycanın avtomobil bazarında yeni məhsulların ilk sahibi olmaq kimi nadir fürsət qazanacaqlar.
Avtomobillərin maraqlı təqdimatlarından qazanılan təəssüratları isə "test-drayv"lar tamamlayır, belə ki, bu "test-drayv"lar hər gün Bakı Ekspo Mərkəzinə bitişik meydançada keçiriləcəkdir. "Test-drayv"lar "Toyota", "Lexus", "Harley Davidson Fat Bob", "Vespa", "Great Wall" və "Harley Davidson Sportster SuperLow" şirkətləri tərəfindən keçiriləcək. Təqdimatların və "test-drayv"ların dəqiq cədvəli ilə sərginin www.bims.az veb-saytında tanış olmaq mümkündür.
Elə həmin tarixdə təkcə Azərbaycan üçün deyil, həm də bütün Xəzəryanı region üçün yeni tədbir olan 1-ci Xəzər Beynəlxalq "Katerlər və Yaxtalar" ("CIBS-2014") sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. İlk dəfə keçirilən bu sərgi Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən dəstəklənir.
Debüt sərgi çərçivəsində motorlu su texnikasının və su hövzələrində fəal istirahət üçün lazım olan əlavə məhsulların geniş çeşidini dünyanın 14 ölkəsindən 44 şirkət nümayiş etdirəcək. Sərgi ziyarətçilərini Azərbaycan, Avstriya, Böyük Britaniya, Yunanıstan, İtaliya, Hollandiya, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, İsveç və Yaponiyadan yaxta biznesinin aparıcı şirkətləri ilə görüşlər gözləyir. İştirakçıların siyahısında "AlfaMarine", "Baku Marine", "Cantiere Nautico Cranchi", "Eitec International AB", "Megisti Blue Yacht Chartes" LTD, "MT-Caspian", "Plus Marine", "Polar Marine", "S2 Sport Sicurezza" və s. bu kimi şirkətlər var.
Yaxtalar, katerlər və onlar üçün ehtiyat hissələri ilə yanaşı, sərgidə həm də skuterlər, hava ilə doldurulan motorlu qayıqlar, xüsusi paltarlar, yaxta və katerlər üçün sükan sistemləri, lövbər və yanalma üçün lazım olan digər avadanlıqlar, habelə xilasetmə avadanlıqları, burazlar, kanatlar, alpinist avadanlıqları, suyadalma, sualtı ov və hovuz üçün avadanlıq və ləvazimatlar, eləcə də bir sıra digər məhsullar təqdim olunur. Həmçinin, sərgidə hərbi-dəniz mühəndisliyi və gəmi avadanlıqları sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edirlər.
"CIBS-2014" sərgisi çərçivəsində təqdimatlarda keçiriləcək. Skuterlər və hava ilə doldurulan qayıqların Buzovnada təşkil olunacaq "test-drayv"ı isə ziyarətçilər üçün əsil sürprizə çevriləcək! Bu "test-drayv"larda iştirak etmək istəyən şəxslər "AlfaMarine" şirkətinin stendində (№1210) qeydiyyatdan keçə bilərlər.
Beləliklə, bu sərgilər dünya avtomobil sənayesi və motorlu su texnikasının təmayüllərini nümayiş etdirməklə yanaşı, istehlakçı seçiminin formalaşdırılması, işgüzar əlaqələrin genişləndirilməsi və yeni kommersiya təkliflərinin təqdimatı üçün mükəmməl biznes platforması kimi xidmət göstərəcək və yəqin ki, bu təkliflər tezliklə bizim gündəlik həyatımıza daxil olaraq əhali üçün daha komfortlu nəqliyyat xidmətlərinin təmin edilməsində müsbət rol oynayacaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Prezident İlham Əliyev: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
-
Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
-
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı





