Sərgilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Qida sənayesi" sərgisi keçiriləcək
2 May 2013 19:30
Baxış: 1 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, artıq on doqquzuncu ildir ki keçirilən "WorldFood Azerbaijan" sərgisi Xəzəryanı regionda qida sənayesinin ən böyük tədbiri kimi öz mövqeyini tam möhkəmləndirib. Keçirildiyi uzun illər ərzində "WorldFood Azerbaijan" sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" MMC və "ITE Group plc" şirkəti çıxış edirlər. Layihənin icrasına "ITE Group plc" şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsi cəlb olunub.
Bu il sərgidə dünyanın 26 ölkəsindən 100-dən çox şirkət iştirak edəcək. Onların arasında Rusiya, Belorus, Polşa, Almaniya, Çexiya, Hollandiya, Latviya, Türkiyə, İtaliya və İspaniya kimi ölkələr yer alır. Bu il ilk dəfə olaraq Latviya, Moldova, Belçika və İran öz milli ekspozisiyaları ilə çıxış edəcəklər. Eksponentlərin ümumi sayının 60%-ni debütantlar təşkil edir. Sərginin ümumi ekspozisiyasının 40%-ni təşkil edən Azərbaycan şirkətləri də sərgidə fəal iştirak edirlər.
Ekspozisiya qida məhsullarının təqdim olunması baxımından mühüm marketinq funksiyasını yerinə yetirməklə yanaşı, həm də innovasiyalı məhsulların nümayişi və onlarla tanışlıq üçün platforma hesab olunur. Belə ki, bu il sərgidə ziyarətçiləri aparıcı istehsalçılar, məşhur brendlərin distribütorları, habelə yeni baqqaliyyə məhsulları gözləyir. Sahənin praktiki olaraq bütün istiqamətlərini əhatə edən "WorldFood Azerbaijan" sərgisi mövzu ilə bağlı bir neçə ekspozisiyanı özündə birləşdirir - qida sənayesi ("WorldFood"), içkilər ("WorldDrink") və texnologiyalar ("WorldFoodTech"). Sərgidə ət, konservləşdirilmiş məhsullar, baqqaliyyə məhsulları, inqrediyentlər, çay, meyvə və tərəvəz, qənnadı məmulatları və içkilərdən ibarət stendlər təqdim olunacaq.
Həmin tarixlərdə keçirilməsi planlaşdırılan "Ipack Caspian-2013" Xəzər Beynəlxalq "Qablaşdırma, tara, etiket və poliqrafiya" sərgisində müxtəlif sənaye sahələri üçün qablaşdırmanın istehsalı və tərtibatı üçün avadanlıqlar, qablaşdırma materialları, tara və hazır qablaşdırmalar təqdim olunacaq. Bu il kənd təsərrüfatı sahəsində çalışan həm yerli, həm də əcnəbi şirkətlər "WorldFood Azerbaijan" sərgisi ilə paralel keçirilən "Agrihort Azerbaijan-2013" 7-ci Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgisinə də böyük maraq göstərirlər. Belə ki, sərgidə Ukrayna, Almaniya, Rusiya, Fransa, İtaliya, İspaniya və Hollandiyadan şirkətlər təmsil olunacaqlar. Açıq meydançada isə ziyarətçilərin diqqətinə kənd təsərrüfatı texnikası təqdim olunacaq.
Beləliklə, qida sənayesi mütəxəssislərinin illik görüşü üçün etibarlı platforma hesab olunan "WorldFood Azerbaijan" sərgisi qida məhsulları çeşidini artırmaqla yanaşı, beynəlxalq əməkdaşlığın qurulmasına, o cümlədən dünya ərzaq bazarında Azərbaycanın ərzaq məhsullarının rəqabətədavamlılığının artırılmasına şərait yaradacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Prezident İlham Əliyev: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
-
Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
-
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı