Sərgilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda beynəlxalq "Turizm və Səyahətlər" sərgisi başlayır
3 Aprel 2013 13:59
Baxış: 1 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 4-dən 6-dək Bakıda "Iteca Caspian" MMC və "İTE Group PLC" şirkətlərinin təşkilatçılığı ilə Azərbaycanın və Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri - "AITF 2013" Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" sərgisi keçiriləcək.
Trend-in məlumatına görə, bunu çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında sərginin meneceri X.Əliyeva deyib.
O bildirib ki, "AITF 2013" sərgisində 60-dan çox istiqaməti təqdim edən 35 ölkədən 251 şirkət və təşkilat iştirak edir. Bu il "AITF 2013" sərgisində Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakonun turoperatorları ilk dəfə iştirak edəcəklər. Ənənəvi turizm marşrutları arasında Türkiyə, Gürcüstan, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr yer alır. Sərgidə milli stendlərin fəal iştirakı da artıq ənənəyə çevrilir. Bu il 20 stend öz milli ekspozisiyası ilə iştirak edir. Onların arasında sərginin daimi iştirakçıları - Bolqarıstan, Kipr, Çexiya, BƏƏ, Gürcüstan, Rusiya, Sloveniya, Türkiyə və Misirin milli qrupları var. Macarıstan, İndoneziya, İran, Monteneqro, Mərakeş, Krım (Ukrayna), Tailand və Tunisin milli qrupları bu il ilk dəfə sərgidə iştirak edəcəklər.
Sərgi üç gün ərzində cari təmayüllərə xüsusi diqqət yetirməklə turizm xidmətlərinin geniş çeşidini əyani şəkildə təqdim edəcək. Sərginin əsas bölümlərinə aviaxətlər və avia-agentliklər, turoperatorlar və turizm agentlikləri, mehmanxanalar və mehmanxana şəbəkələri, sanatoriya və pansionatlar, eləcə də macəralı istirahət, biznes səfərlərinin təşkili, idman turizmi, ekoloji və elit istirahət üzrə ixtisaslaşmış şirkətlər daxildir. Bu il xarici tibb mərkəzləri, özəl və dövlət klinikaları, eləcə də diaqnostika mərkəzlərini ehtiva edən "Tibbi turizm" sahəsi üzrə iştirakçıların sayında əhəmiyyətli artım müşahidə olunur. Builki sərginin yeniliyi isə "Xaricdə daşınmaz əmlak" bölümünün olmasıdır.
"Azərbaycanda istirahət" bölümündə respublikanın regionları öz iqlim xüsusiyyətləri, təbii ehtiyatları və çoxmillətli mədəniyyəti ilə birlikdə təqdim olunacaq. Belə ki, sərginin iştirakçıları arasında Balakən, Gəncə, İsmayıllı, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Naxçıvan, Qəbələ, Qax, Quba, Şəki, Oğuz, Salyan, Şamaxı, Sumqayıt, Xaçmaz, Xızı, Zaqatala və Azərbaycanın digər rayon və şəhərlərinin ən məşhur kurort zonaları, mehmanxana və pansionatları var.
Əliyeva bildirib ki, sərgi zamanı iştirakçılar öz stendlərində təqdimat və seminarlar, müxtəlif lotereyalar keçirəcəklər. Belə ki, sərginin üç günü ərzində Yunanıstanın "Aegean Airlines" aviaşirkəti Bakı-Afina birbaşa aviareysini təqdim edəcək. Bu aviareysin mayın 28-dən açılması planlaşdırılır. Bolqarıstana yeni birbaşa aviamarşrutunu isə Azərbaycanın milli hava daşıyıcısı olan "AZAL" şirkəti öz stendində təqdim edəcək.
Əliyeva bildirib ki, aprelin 4-dən 6-dək Bakıda 7-ci "Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar" sərgisi keçiriləcək. Sərgidə iştirak edən 30 şirkət müxtəlif peşəkar mətbəxlər, restoranlar üçün avadanlıqlar, restoranlar şəbəkəsi üçün proqram təminatı və s. nümayiş etdirəcək.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Prezident İlham Əliyev: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
-
Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
-
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı