Sərgilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Caspian Oil and Gas" sərgi və konfransı keçiriləcək
12 Mart 2013 12:22
Baxış: 1 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyun ayının 4-dən 7-dək mütəxəssislərin diqqəti Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan və bu il öz 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası "Caspian Oil and Gas" sərgi və konfransına yönələcək.
Belə ki, "Caspian Oil and Gas" sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin bünövrəsini qoymuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. "Caspian Oil and Gas" sərgi və konfransının 20 illik yubileyi ilə əlaqədar olaraq təşkilatçılar əlavə tədbirlər planı hazırlayaraq həyata keçirəcəklər.
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevin sərginin təntənəli açılış mərasimində iştirak etməsi sözügedən sərginin yüksək statusunu sübut edir.
Milli.Az xəbər verir ki, keçirildiyi bütün illər ərzində "Caspian Oil and Gas" sərgisinə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstək verilir. 20 il ərzində uğurla həyata keçirilən Azərbaycanın ilk ixtisaslaşdırılmış sərgisi hər il neft-qaz hasilatı və emalı, nəqletmə və loqistika, habelə servis xidmətləri sahəsində aparıcı texnologiyaların nümayiş etdirilməsi üçün dünya neft sənayesinin bütün aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirərək sənayenin əsas forumuna çevrilmişdir. Artıq sərgi meydançasının 70%-dən çoxu sərgi və konfransın daimi iştirakçıları - dünyaca məşhur şirkətlər tərəfindən tutulmuşdur. Onların arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "BP", "Statoil", "OMV", "Total", "Petkim", "TPAO", "RWE" və bir sıra digər şirkətlər də yer alır. Almaniya, Çin və Rusiyanın milli qrupları sərginin daimi eksponentləri hesab olunurlar. ABŞ şirkətləri, Ukraynanın neft-qaz korporasiyaları və digərləri bu il sərgidə ilk dəfə iştirak edirlər. "Caspian Oil and Gas" sərgisinin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "Qızıl" sponsoru isə "BP Azerbaijan" şirkətidir. Sərginin digər sponsorları arasında "Azfen-Tekfen", "Bos Shelf" MMC, "Caspian Drilling Company", "Caspian Marine Services", "Nobel Oil LTD", "Azeri MI Drilling Fluids LTD", "Cross Caspian Oil and Gas Logistics", McDermott Caspian Contractors, Inc. və "Global Energy Azerbaijan Limited" şirkətləri də var.
Sərgini hər il müşayiət edən ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası "Caspian Oil and Gas" konfransı kifayət qədər uzun müddət - 20 il ərzində keçirilməsinə baxmayaraq, yenə də əvvəlki kimi bütün dünyanın neft və qaz elitasının diqqət mərkəzindədir. Bu il neft-qaz sahəsinin aparıcı nümayəndələrinin konfransda iştirakı Xəzəryanı regionda həm mədən sənayesində, həm də neft-qaz resurslarının nəql olunmasında təchizatın hasilatı və diversifikasiyası, dəniz platformalarının tikintisində innovasiyalar, qazma qurğuları və dəniz boru kəmərləri, eləcə də yeni layihələrin həcminin artırılması ilə bağlı beynəlxalq əməkdaşlığın geniş müzakirəsinə həsr olunacaq. 5-6 iyun tarixlərində keçiriləcək konfransda 500-dən çox nümayəndənin iştirakı gözlənilir. Nümayəndələr ilk olaraq "Jumeirah Bilgah Beach" otelinin konfrans zalında toplaşacaqlar. Konfransın baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "Qızıl" sponsoru isə "BP Azerbaijan" şirkətidir. Digər sponsorlar arasında "Caspian Geophysical JV" MMC, "Cross Caspian Oil and Gas Logistics", "Conoco Phillips", "Nobel Oil LTD", Statoil və "Wartsila" şirkətləri də yer alır.
"Caspian Oil and Gas"sərgi və konfransının 20 illik yubileyi ilə əlaqədar olaraq təşkilatçılar əlavə tədbirlər planı hazırlayaraq həyata keçirəcəklər. Sərginin təşkilatçıları Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian" şirkətidir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
XƏBƏR LENTİ
-
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
-
Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)