2013-cü ilin yaz və yay aylarında "Iteca Caspian" şirkəti 10 sərgi və 1 konfrans keçirəcək ki, bunların da arasında həm ənənəvi, həm də debüt sərgilər var. Bu ilin ən mühüm tədbiri isə Azərbaycanın ilk ixtisaslaşdırılmış sərgi və konfransı - Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası ("Caspian Oil and Gas") sərgi və konfransının 20 illik yubileyidir.
Milli.Az xəbər verir ki, sərgi mövsümünün açılışı isə ölkənin turizm sektorunun əsas tədbiri - "AITF 2013" 12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi ilə başlayacaq (aprel ayının 4-dən 6-dək). Ənənəvi olaraq yay tətilinin və məzuniyyətlərin başlanğıcında keçirilən "AITF 2013" sərgisi elit istirahətdən tutmuş tibbi turizm sahəsinə qədər ən müxtəlif istiqamətləri əhatə edəcəkdir. Bu il ilk dəfə olaraq, sərginin ekspozisiyasında getdikcə populyarlaşan "Xaricdə daşınmaz əmlak" bölümü də fəaliyyət göstərəcək. Sərgidə dünyanın 34 ölkəsindən şirkət və təşkilatların iştirakı gözlənilir və həmin ölkələrdən 16-sı öz milli stendləri ilə çıxış edəcəklər. Bu il sərginin daimi iştirakçıları ilə yanaşı, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis, Fransa və Çernoqoriya kimi ölkələrdən də nümayəndə heyətləri Bakıya səfər edəcəklər. Həmçinin, Azərbaycanın turizm potensialını nümayiş etdirən, eləcə də Xaçmaz, Qusar, Quba, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran, Oğuz, Naftalan və ölkənin digər regionlarının turizm imkanlarını təqdim edən geniş regional ekspozisiya da planlaşdırılır. "AITF" sərgisi əsası qoyulduğu gündən bəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə həyata keçirilir. "AITF" sərgisi Ümumdünya Turizm Təşkilatı (ÜTT) tərəfindən rəsmi şəkildə dəstəklənir.
Son illər Azərbaycanda otel sahəsində müşahidə olunan inkişaf "HOREX Caucasus 2013" 7-ci Qafqaz Beynəlxalq Mehmanxanalar, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisinin əhəmiyyətini bir daha vurğulayır. Sözügedən sərgi həmin tarixlərdə "Bakı Ekspo" sərgi mərkəzinin ikinci pavilyonunda keçiriləcək. Sərginin ekspozisiyasında ən məşhur brendləri və qonaqpərvərlik sənayesini təqdim edən bu sahənin aparıcı şirkətləri təmsil olunacaqlar. Sərginin əsas bölümlərinə mehmanxana və restoranlar üçün müasir mətbəx avadanlıqları, restoranlar şəbəkəsi üçün idarəetmə üzrə proqram təminatı, yataq dəstləri, mehmanxanalar üçün gigiyenik və kosmetik vasitələr daxildir. Sərgi çərçivəsində bu il ilk dəfə olaraq supermarketlər üçün alış-veriş arabaları və müxtəlif səbətlər kimi ləvazimatlar da təqdim olunacaq. Otel, restoran və kafelər ("HoReCa") üçün içkilər bölümündə çay, qəhvə, su, eləcə də müxtəlif markalı şərablar nümayiş etdiriləcək. Sərgidə Azərbaycan, Almaniya, İtaliya, Lüksemburq, Türkiyə və Rusiyanın müxtəlif şirkətləri iştirak edəcəklər.
Aprel ayının 11-də bu ilin debüt layihəsi - "CATEF 2013" Xəzər Beynəlxalq "Su texnologiyaları" sərgisi və forumu öz işinə başlayacaq. "CATEF 2013" sərgisi "Azərsu" ASC-nin təşəbbüsü və dəstəyi ilə təşkil olunur və beynəlxalq əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi, su və kanalizasiya sistemləri sektorunda yeni texnologiyaların tətbiqi, çirkab və yağış sularının təmizlənməsi, boru mühəndisliyi, habelə çay və göllərin çirklənmə səviyyəsinin azaldılmasına xidmət etmək məqsədi ilə həyata keçirilir. "CATEF 2013" sərgisində texnoloji şirkətlər, təchizatçılar, istehlakçılar, ekoloqlar və tikinti şirkətlərinin iştirakı gözlənilir. Sərgi ilə paralel olaraq, "Marriott" otelində içməli su təchizatı, müasir texnologiya və yeniliklərin tətbiqi sahəsində yeni proqramlara həsr olunmuş forum keçiriləcək və bu da qabaqcıl texnologiyaların nümayişi ilə sahənin aktual məsələlərinin müzakirəsini birləşdirməyə imkan verir. Forumda dövlət strukturları, sənaye və mənzil-kommunal təsərrüfatı nümayəndələri, milli ekspertlər, iri sənaye müəssisələrinin rəhbər və ekoloqları, eko-texnologiya və eko-xidmətlər təchiz edən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, habelə birliklər və qeyri-hökumət təşkilatları iştirak edəcəklər. "CATEF 2013" öz işini 13 aprel tarixində başa çatdıracaq.
May ayının 22-24-də Xəzər regionunun qida sənayesində böyük beynəlxalq tədbir - "WorldFood Azerbaijan 2013" sərgisi keçiriləcək. Bu sərgidə Azərbaycan, Bolqarıstan, Hindistan, İordaniya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və İsveçrənin şirkət və təşkilatları öz məhsul və mallarını təqdim edəcəklər. Latviya və İran şirkətləri ilk dəfə olaraq öz milli ekspozisiyaları ilə çıxış edəcəklər. Bu il süd məhsulları, qənnadı məmulatları, şokolad, balıq məhsulları istehsalçıları, eləcə də soyuducu avadanlıq təchizatçıları xüsusi fəallıq göstərirlər. Həmin tarixlərdə keçirilməsi planlaşdırılan "Ipack Caspian 2013" Xəzər Beynəlxalq "Qablaşdırma, Tara, Etiket və Poliqrafiya" sərgisi müxtəlif sənaye sahələri üçün qablaşdırma materiallarının istehsalı və tərtibatı, qablaşdırma materialları, tara və hazır qablaşdırmalar təqdim edəcək. Bu il həm yerli, həm də beynəlxalq kənd təsərrüfatı məhsulları istehsalçıları "WorldFood Azerbaijan" sərgisi ilə paralel keçirilən "Agrihort Azerbaijan 2013" 7-ci Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgisinə böyük maraq göstərirlər. Ötən illə müqayisədə bu il sərgi həcminin 20%-dən çox artması bunun əyani sübutudur. İştirakçılar arasında Hollandiya, Moldova, Almaniya, Rusiya, Bolqarıstan, İtaliya və İspaniyadan olan müəssisələr də var. Həmçinin, "Bakı Ekspo" sərgi mərkəzinin yaxınlığında yerləşən açıq meydançada kənd təsərrüfatı texnikası nümayiş etdiriləcək. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bu sahənin inkişafında fəal xidmətləri bu cür müsbət dinamikaya təşviq edir.
İyun ayının 4-dən 7-dək mütəxəssislərin diqqəti Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan və bu il öz 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası "Caspian Oil and Gas" sərgi və konfransına yönələcək. Belə ki, "Caspian Oil and Gas" sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin bünövrəsini qoymuş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. "Caspian Oil and Gas"sərgi və konfransının 20 illik yubileyi ilə əlaqədar olaraq təşkilatçılar əlavə tədbirlər planı hazırlayaraq həyata keçirəcəklər. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərginin təntənəli açılış mərasimində iştirak etməsi sözügedən sərginin yüksək statusunu sübut edir. Keçirildiyi bütün illər ərzində "Caspian Oil and Gas" sərgisinə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstək verilir. 20 il ərzində uğurla həyata keçirilən Azərbaycanın ilk ixtisaslaşdırılmış sərgisi hər il neft-qaz hasilatı və emalı, nəqletmə və loqistika, habelə servis xidmətləri sahəsində aparıcı texnologiyaların nümayiş etdirilməsi üçün dünya neft sənayesinin bütün aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirərək sənayenin əsas forumuna çevrilmişdir. Artıq sərgi meydançasının 70%-dən çoxu sərgi və konfransın daimi iştirakçıları - dünyaca məşhur şirkətlər tərəfindən tutulmuşdur. Onların arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "BP", "Statoil", "OMV", "Total", "Petkim", "TPAO", "RWE" və bir sıra digər şirkətlər də yer alır. Almaniya, Çin və Rusiyanın milli qrupları sərginin daimi eksponentləri hesab olunurlar. ABŞ şirkətləri, Ukraynanın neft-qaz korporasiyaları və digərləri bu il sərgidə ilk dəfə iştirak edirlər. "Caspian Oil and Gas" sərgisinin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "Qızıl" sponsoru isə "BP Azerbaijan" şirkətidir. Sərginin digər sponsorları arasında "Azfen-Tekfen", "Bos Shelf" MMC, "Caspian Drilling Company", "Caspian Marine Services", "Nobel Oil LTD", "Azeri MI Drilling Fluids LTD", "Cross Caspian Oil and Gas Logistics" və "Global Energy Azerbaijan Limited" şirkətləri də var.
Sərgini hər il müşayiət edən ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası "Caspian Oil and Gas" konfransı kifayət qədər uzun müddət - 20 il ərzində keçirilməsinə baxmayaraq, yenə də əvvəlki kimi bütün dünyanın neft və qaz elitasının diqqət mərkəzindədir. Bu il neft-qaz sahəsinin aparıcı nümayəndələrinin konfransda iştirakı Xəzəryanı regionda həm mədən sənayesində, həm də neft-qaz resurslarının nəql olunmasında təchizatın hasilatı və diversifikasiyası, dəniz platformalarının tikintisində innovasiyalar, qazma qurğuları və dəniz boru kəmərləri, eləcə də yeni layihələrin həcminin artırılması ilə bağlı beynəlxalq əməkdaşlığın geniş müzakirəsinə həsr olunacaq. 5-6 iyun tarixlərində keçiriləcək konfransda 500-dən çox nümayəndənin iştirakı gözlənilir. Nümayəndələr ilk olaraq "Jumeirah Bilgah Beach" otelinin konfrans zalında toplaşacaqlar. Konfransın baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "Qızıl" sponsoru isə "BP Azerbaijan" şirkətidir. Digər sponsorlar arasında "Caspian Geophysical JV" MMC, "Cross Caspian Oil and Gas Logistics" və "Nobel Oil LTD" şirkətləri də yer alır.
4-7 iyun tarixlərində keçiriləcək 3-cü Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji "Caspian Power" sərgisi energetika və elektrotexnika, alternativ enerji mənbələri, enerjiyə qənaət və enerji səmərəliliyi, kabel-ötürücü məhsullar və işıqlandırma sahələrində avadanlıq və xidmətlərin geniş çeşidini təklif edəcək. Sərgi çərçivəsində "Təmiz texnologiya" üzrə layihələr də təqdim olunacaq. Sözügedən sərgidə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər iştirak edəcəklər. Həmçinin, sərgidə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət təşkilatları ilə yanaşı, Azərbaycanın energetika sektorunda mövcud olan yerli və xarici şirkətlər də öz məhsullarını nümayiş etdirəcəklər.
Bu il sərgi mövsümünün ilk yarısı 13-15 iyun tarixlərində keçiriləcək 12-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika "TransCaspian 2013" və 3-cü Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2013" sərgiləri ilə başa çatacaq. Sərgi ekspozisiyasında dəmiryol, ictimai nəqliyyat, metro tikintisi və liman avadanlıqları sahəsində yeniliklər tam şəkildə nümayiş etdiriləcəkdir. Sərgiyə ənənəvi olaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, eləcə də "TRACECA", "AzPromo" və "ASK" qurumları tərəfindən dəstək verilir.
Bütün sərgi və konfransların daimi məkanı "Bakı Ekspo" sərgi kompleksidir və həmişə olduğu kimi, sərgilər zamanı eksponent və qonaqların rahatlığı üçün bir sıra tədbirlər həyata keçirilir. Belə ki, sərgiləri ziyarət etmək istəyən bütün insanlar üçün sərnişinləri metronun "Nəriman Nərimanov" stansiyasından "Bakı Ekspo" sərgi kompleksinə və geriyə pulsuz aparan rahat avtobuslar xidmət göstərir. "Bakı Ekspo" sərgi kompleksi ərazisində iştirakçılar üçün biznes və mətbuat mərkəzi, eləcə də kafe və restoranlar fəaliyyət göstərir. Təşkilatçılar elektron xidmət - saytda "onlayn" qeydiyyat sistemindən fəal istifadə etməyi tövsiyə edirlər. Bu proses cəmi bir neçə dəqiqə vaxt tələb etməklə, "Bakı Ekspo" sərgi mərkəzində qeydiyyat zamanı vaxta xeyli qənaət etməyə imkan verir. Əvvəlcədən qeydiyyatdan keçmək iştirakçıların siyahısı barədə operativ informasiya, sərgilər haqqında məlumat, eləcə də əlaqədar biznes tədbirlərinin cədvəlini əldə etməyə imkan verir.
Beləliklə, növbəti sərgi mövsümü bütün sənaye sahələrinin peşəkarlarına və mütəxəssislərinə qısa müddət ərzində bir çox aktual və faydalı məlumatlar əldə etmək, biznes fəaliyyətində yeni istiqamətlər müəyyənləşdirmək və etibarlı tərəfdaşlar tapmaq, eləcə də yeni şirkətləri Xəzər regionuna cəlb etmək üçün imkan yaradacaq.
Milli.Az
Sərgilər
"Iteca Caspian" şirkəti 10 sərgi keçirəcək
21 Fevral 2013 17:26
Baxış: 1 175
DİGƏR XƏBƏRLƏR
- Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
- Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
- Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
- Mövqelərimiz atəşə tutuldu
- İran və Rusiya dörd yeni əməkdaşlıq sənədi imzalayıb
- Reyinqlərdə yer alan serialdan ayrılır - FOTO
XƏBƏR LENTİ
- Bu bürclərlə "kilometrlərlə" məsafə saxlayın
- Azərbaycanda zəlzələ oldu
- İstirahət günü hava necə olacaq?
- Osimheni kölgədə qoyacaq yeni transfer - Ulduz futbolçu "Qalatasaray"ın hədəfində
- Əli Əsədov qərar imzaladı
- Vüsalənin başına oyun gəldi: "O, Nadirlə Manafı da aldadıb"
- Sahibkarlar bunu 6 il məcburi qaydada tətbiq etməlidirlər - Yeni QAYDA
- 31 min nəfərə pensiya təyin edilib
- Annalena Berbok Bakıda görün nə etdi - Almaniya-Azərbaycan arasında növbəti gərginlik
- Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı kimdir? - YENİLƏNİB
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
- Türkiyədə robot müəllim oldu - Şagirdlərə belə dərs keçir - VİDEO
- Rusiyanın xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO
- Bir gecədə qiyməti kəskin düşə biləcək maşınlar
- “Google Chrome”da təhlükəsizlik yoxlamasını necə həyata keçirmək olar? - VİDEO
- Bu deputatlara mənzil verildi - Bəziləri imtina etdi
- "Azərbaycan və Ermənistan yeni delimitasiya sahəsi seçəcək"
- Rusiyada yenə səfərbərlik olacaq? - Peskov AÇIQLADI
- "Oğlumun canına and olsun ki, 100 min də versən, bunu etmərəm" - VİDEO
- “Qarabağ” zirvəni geri ala biləcək? - günün matçları
- İran Rusiyaya nota verdi
- Bakıda da məşhur olan Çin maşını 1 ildə bu hala düşdü - VİDEO
- İkardi müğənni ilə FOTOsunu paylaşdı: Nara özündən çıxdı
- Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF