Eurovision

Dilarə Kazımova Moskvada çıxış etdi

21 Aprel 2014 12:15
Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın "Eurovision-2014" mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova ötən gün Moskvada müsabiqədən əvvəl keçirilən ənənəvi gecədə çıxış edib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Moskvanın "Karlson" restoranının damında baş tutan gecəyə bir sıra Avropa ölkələrinin "Eurovision" təmsilçiləri qatılıblar. Onlardan Malta təmsilçisi Firelight, Belarusdan Teo, San-Marinodan Valentina Monetta, Moldovadan Kristina Skarlat və İsrail təmsilçisi Mey Faynqold iştirak ediblər. Təmsilçimiz gecədə müsabiqə üçün nəzərdə tutulan "Start a Fire" kompozisiyasını və oynaq "Mercy" mahnısını ifa edib. Gecənin sonunda D. Kazımova rusiyalı həmkarlarımızın suallarını cavablandırıb.

Rusiya paytaxtı Dilarənin Avropa promo-turu çərçivəsində səfər etdiyi 4-cü şəhərdir. İştirakçımızın promo-tur çərçivəsində növbəti səfəri Malta və Gürcüstana olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.