İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üçüncü ixtisas qrupu üzrə imtahan verib, İslamşünaslıq ixtisasına uyğun bal toplayan tələbələr iyulun 20-dən 24-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçə bilərlər.
Azərbaycan İlahiyyat İnstitutundan Milli.Az-a verilən məlumata görə, qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərinə (müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər) uyğun olduqları halda, müsahibəyə buraxılırlar.
Yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış Dini-Psixoloji Komissiyada müsahibədən keçəcəklər. Dövlət İmtahan Mərkəzinin yaratdığı Dini-Psixoloji Komissiyanın tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İnstitutun əməkdaşları daxil ediliblər. Müsahibədə abituriyentlərin psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanlarının xüsusi metod yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri; İslamşünaslıq ixtisasına uyğunluqları; gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri; insanlarla ünsiyyət bacarığı; xitabət və natiqlik qabiliyyətləri qiymətləndiriləcək.
Müsahibədə iştirak etmək istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat iyul ayının 20-dən 24-dək aparılacaq. 27 iyul 09:00-dan başlayan imtahan avqustun 2-dək Bakı şəhəri Əhməd Cəmil, 41/A ünvanında - Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Ali təhsil müəssisəsinin məqsədi Azərbaycan xalqının din sahəsində yüksəkixitisaslı kadrlara olan tələbatını beynəlxalq standartlara əsaslanaraq təmin etmək; həm İslam, həm də digər dünya dinləri haqqında dərin biliyə malik, tərəfsiz və bütün konfessiyalara dözümlü yanaşan ilahiyyatçı kadrlar hazırlamaqdır.
Milli.Az
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov





