Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabeliyində Qarabağ və Qazax-Tovuz regional təhsil idarələrində də yeni təyinatlar olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Sənan Mənsimli Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunub.
Sənan Mənsimli 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası isə İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Dadaşov Vüqar İsrəfil oğluna həvalə edilib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Anar Məcidov isə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini təyin edilib. İdarənin müdiri vəzifəsinin icrası ona həvalə olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun