Təhsil

Yeni dərs ilində məktəbə velosipedlərlə gəldilər - FOTOLAR

16 Sentyabr 2024 20:46
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sədərəkdə müəllim və şagirdlər yeni tədris ilinin ilk günündə məktəbə velosipedlə gediblər.

Milli.Az xəbər verir ki, bu gün Sədərək kənd 1 nömrəli tam orta məktəbin kollektivi yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər. Sağlam həyat tərzini hər şeydən üstün tutan kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın mesajını verməklə yanaşı "Yaşıl Dünya Naminə Həmrəylik İli"nə də özünəmxsus töhfələrini veriblər.

Qeyd edək ki, bu ənənə Dəmirçi kəndində də davam etdirilib və hər iki kənddəki məktəbin həyətində velosiped dayanacaqları quraşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.