Təhsil

"3-cü sinif şagirdi bu suala cavab verdi, amma müəllimlər..." - Təhsil ekspertindən AÇIQLAMA

13 İyun 2024 09:53
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyun ayının 8-də müəllimlərin sertifikasiya imtahanı keçirilib.

Milli.Az Baku Tv-yə istinadən xəbər verir ki,  509052 rəqəmi ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanına düşən suallardan biri idi və 33 faiz, yəni 1209 müəllim bu suala səhv cavab verib.

Müəllimlərin çətinlik çəkdiyi sual tək bu olmayıb. Ədəbiyyat fənnindən də onlar bəzi sualları doğru cavablandırmayıblar.

Təhsil eksperti Kamran Əsədov deyir ki, müəllimlərə verilən sualların hamısı 1-4-cü siniflərin kitablarından çıxarılıb:

"Həmin test tapşırıqlarını biz 3-cü və 4-cü sinif şagirdlərinə təqdim etdik. Şagirdlərin 85-90 faizi müəllimlərin həll edə bilmədiyi suallara doğru cavab verib".

Qeyd edək ki, iyunun 8-də keçirilən sertifikatlaşdırma imtahanında ümumilikdə 6464 müəllim iştirak edib. Onlara ümumilikdə 60 sual təqdim olunub ki, bu sualların da 30%-ni müəllimlər düzgün cavablandırmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.