Təhsil

Universitetlər paytaxtdan köçürülür? - Milli Məclisdə müzakirə

14 Noyabr 2023 13:14
Baxış: 2 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentdə noyabrın 14-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərin görə, şəhərin mərkəzində tıxac əsas problemdir: "Əsas səbəb də mərkəzdə universitet sayının çoxluğu və dövlət obyektlərinin paytaxtda yerləşməsidir. Gələn ilin büdcəsində həmin universitetlərin şəhər kənarına köçürülməsinə baxmalıyıq".

Deputat həmçinin bildirib ki, gələn ilin sentyabrından avtomobillərin utilizasiyası məsələsinin həllini tapması gözlənilir: "Çünki ölkəmizdəki avtomobillərin 80 %-nin istismar müddəti bitib. Bu, kütləvi məsələ olduğundan ədalətli həll üçün mexanizm yaradılmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.