Təhsil

Müəllimlərin iş yerləri dəyişdiriləcək - VİDEO

20 Sentyabr 2023 15:37
Baxış: 1 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilir. Prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bu barədə Milli.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və minimum 5 saat dərs yükünə malik şəxslər qarşılıqlı yerdəyişmə prosesində iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.

Qeydiyyatla bağlı təlimat videosunu linkə daxil olmaqla izləmək mümkündür:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.