Təhsil

Bu il ən yüksək keçid balı hansı ixtisas üzrə olub?

31 Avqust 2023 12:38
Baxış: 2 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri açıqlanandan sonra Azərbaycandakı universitetlər arasında ən yüksək keçid balının hansı ixtisasda olduğu müəyyənləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu il ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi (dövlət sifarişli) ixtisasında olub - 673 bal.

Bakı Ali Neft Məktəbi illərdir ki, bu sahədə liderliyini qoruyub-saxlayır.

Ümumiyyətlə, BANM-in dövlət sifarişli ixtisaslarına builki keçid balları digər ali məktəblərlə müqayisədə yüksək olub:

İnformasiya təhlükəsizliyi - 673,3

Kompüter mühəndisliyi - 659,7

Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 635,6

Kimya mühəndisliyi - 646,5

Neft-qaz mühəndisliyi - 621

Biznesin idarə edilməsi -  640.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.