Təhsil

"Tələbə qəbulunu 60 minə çatdırmağı planlaşdırırıq"

21 Dekabr 2022 11:32
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peşə və ali təhsildə əhatəliliyi artırmağa çalışırıq. Bu prosess kəmiyyət baxımından çox sürətlə gedir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Elm və təhsil naziri Emin Əmrullayev "Gələcəyə hazır ol" karyera inkişaf forumunda panel müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, 10 il öncə ali məktəbə qəbul olanların sayı 20-30 min idisə, bu il rekord olaraq 50 min nəfərə çatıb. Növbəti 4 ildə bu rəqəmi 60 minə çatdırmağı planlaşdırırıq. Lakin tələbənin hansı bacarıqlara sahib olması önəmli faktordur.

"60 min insan ali təhsil müəssisəsinə gələndə hansı bacarıqlara sahib olur, ilk öncə bu, bilinməlidir. Peşəkar kadr hazırlamaq zaman tələb edir. Bunu 6 aya etmək mümkün deyil. 6 ay hansısa bacarığı olan, məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq mümkündür",- deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.