ATL Tech-in Süni intellekt üzrə strateji tərəfdaşı Bakıda - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın aparıcı informasiya texnologiya şirkətlərindən biri olan ATL Tech, kompüter görmə texnologiyası və maşın öyrənməyə əsaslanan məhsulların yaradılmasında dünya liderlərindən biri olan VisionLabs şirkəti ilə birlikdə 25 Noyabr tarixində "Machines can see in digital transformation" adlı konfrans təşkil etdilər.
Konfrans zamanı Azərbaycandan olan mütəxəssislər və xarici ekspertlər "Süni intellektin rəqəmsal dünyadakı rolu" haqqında öz təcrübə və fərziyyələrini bölüşdü. Konfrans 3 paneldən ibarət olmaqla, gələcəyin şəhəri: texnologiya ilə həyat keyfiyyətin artırılması, süni intellektin bizə vəd etdikləri, intellektual həllər kimi əsas mövzuları əhatə edirdi.
ATL tech şirkətin direktoru Anar Əliyevin sözlərinə görə keçirilən tədbir ölkəmizin bu istiqamət üzrə inkişafında daha bir addımdır.
"Biz inanırıq ki, bu kimi tədbirlərin keçirilməsi informasiya texnologiyaları sahəsinə marağı olan bazar iştirakçıları, o cümlədən sahəyə marağı olan gənclər üçün yeni istiqamətlər kəşf etməyə imkan yaradacaq. Tədbirdə ekspert qismində iştirak edən hər bir spikerin söylədikləri real təcrübəyə əsaslanır və konfrans iştirakçıları üçün olan faydası əvəzsizdir."
Konfransda paylaşılan məlumat və təcrübələrin daha çox auditoriya çatması üçün canlı olaraq da tədbiri izləmək şansı yaradılmışdı.
Anar Əliyev konfransın digər tərəfdaşı olan VisionLabs şirkəti haqqında fikir söyləyərək, partnyorlarının maliyyə və nəqliyyat, pərakəndə satış üzrə beynəlxalq texnoloji korporasiya olduğunu vurğuladı. "Şirkətin əsas məhsulları LUNA, kompüter görmə və video analitika platforması və özəl texnologiyalara əsaslanan qurğular (Luna Ace, Luna Pos, Luna Thermo və s.) toplusudur. Düşünürük ki, yeni tərəfdaşımız ilə birlikdə Azərbaycanda süni intellekt istiqamətində irəliləyiş əldə edərək, şirkətlərə yeni həll yolları təklif edə bilərik.
Tədbirdə spiker kimi iştirak edən və "Ağıllı şəhər və bankçılıqda kompüter görmə" mövzusunda çıxış edən VisionLabs-ın baş direktoru Dmitri Markov ATL tech ilə əməkdaşlıq haqqında bunları dedi.
"VisionLabs-ın beynəlxalq tərəfdaş şəbəkəsini genişləndirməyə davam edirik və ATL Tech kimi etibarlı şirkətlə əməkdaşlıq etməkdən məmnundur. Biz birlikdə bazar tələblərini daha dəqiq qiymətləndirə və buna uyğun olaraq yüksək texnoloji həllər təklif edə biləcəyik. Ümid edirik ki, əməkdaşlığımız məhsuldar olacaq və Azərbaycanda Süni İntellektin inkişafına öz töhvəsini verəcək", - bildirib.
Qeyd edək ki, ATL Tech şirkəti Azərbaycanda İT konsaltinq, sistem inteqrasiyası, proqram təminatı və həllər daxil olmaqla geniş çeşiddə məhsul və xidmətlər təklif edirik. Şirkət həm yerli, həm də qlobal şirkətlərə xidmət göstərməklə onların İT problemlərini həll etməyə və müştərilərinin gündəlik əməliyyatlarını sadələşdirməkdədir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub





