İqtisadiyyat

Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşdı

16 Oktyabr 2021 09:54
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sentyabr ayında ilkin mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 3,57 faiz ucuzlaşıb.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, ötən ay ərzində ilkin mənzil bazarında 1 kvadratmetrin orta qiyməti 1 377 manat təşkil edib. Mənzillərin qiyməti bu ilin sentyabr ayında əvvəlki ayla müqayisədə 3,57 faiz ucuzlaşıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,64 faiz bahalaşıb.

Ötən ay orta hesabla ucuz mənzilin 1 kvadratmetrinin qiyməti 936 manat, baha mənzillərin isə 1 kvadratmetrinin qiyməti 2368 manat təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.