İqtisadiyyat

Azərbaycan xarici ticarətdə rəqabət qabiliyyətliyini artırır

7 Aprel 2021 19:14
Baxış: 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən yaradılmış "Ticarət Statistikası Portalı"nın məqsədi maraqlı tərəflər üçün Azərbaycanın xarici ticarət dövriyyəsinin vizual təqdim olunmasıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu DGK-nin Aparat rəhbəri Anar Süleymanov "Ticarət Statistikası Portalı"nın təqdimatına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, bu portal zəruri statistik məlumatları təqdim edəcək və biznesin öyrənilməsini dəstəkləyəcək:

"Bu, Azərbaycanın ticarətdə rəqabətqabiliyyətliyinin artırılmasının əsasını qoyacaq".

A.Süleymanov bildirib ki, portalın hazırlanmasına 18 ay əvvəl başlanılıb:

"Bu portal 8 istiqamət üzrə istənilən informasiyanı, xüsusilə də 99 məhsul üzrə idxal və ixrac məlumatlarını tapmağa kömək edəcək"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.