Nazir Şəkidə yeni fındıq bağlarına baxış keçirdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda ixrac potensialı yüksək olan meyvə bağlarının sahəsinin genişləndirilməsi məqsədilə yeni intensiv bağların salınmasına dövlət dəstəyi genişləndirilir.
Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə Azərbaycanda 6 növ meyvə bitkisi üzrə salınmış yeni intensiv bağlara görə birdəfəlik əkin subsidiyası veriləcək.
Qərara əsasən, 2021-ci il ərzində salınan fındıq bağlarına da birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur. Subsidiya veriləcək fındıq bağları 200-1500 metr hündürlükdə olan dağlıq və ya dağətəyi yerlərdə salınmalı, hər hektarda ən azı 330 ting əkilməli, bağ damla suvarma sistemi ilə təchiz olunmalıdır.
Aqrar Subsidiya Şurasının qəbul etdiyi qərar ölkədə fındıqçılıın inkişafına öz töhfəsini verməkdədir. Artıq Şəki və Qax rayonlarında yeni fındıq bağlarının salınmasına başlanıb. Kənd təsərrüfatı naziri İnam Kərimov Şəkinin Bideyiz kəndində yeni intensiv fındıq bağının salınması işləri ilə tanış olub. Fındıq bağının salındığı 320 hektar ərazi daşlardan təmizlənib, müvafiq aqrotexniki hazırlıq işləri görülüb, bağ tam şəkildə damla suvarma sistemi ilə təchiz olunub.
Daha sonra nazir Şəkinin Biləcik kəndində keçmiş çay yatağında yeni salınmış fındıq bağında görülən işlərlə maraqlanıb, Qax rayonunun Qaşqaçay kəndində daşdan təmizlənmiş sahədə salınmış intensiv fındıq bağlarına baxış keçirib.
Nazir İnam Kərimov Şəkidə həmçinin Şəki Regional Aqrokimya Laboratoriyasının və yeni fəaliyyətə başlayan baytarlıq laboratoriyasının fəaliyyəti ilə də tanış olub. Bu laboratoriyalarda son model avadanlıqlar quraşdırılıb. Bölgələrdə bu cür müasir laboratoriyaların qurulması fermerlərə göstərilən aqrar məsləhət xidmətlərinin daha da təkmilləşdirilməsinə kömək edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi





