Macar şirkətləri də azad olunmuş ərazilərdə quruculuq proqramına qoşulmağa hazırlaşır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanla Macarıstan arasında dost münasibətlərinə əsaslanan ikitərəfli iqtisadi əlaqələr ildən-ilə inkişaf etməklə, ticarət dövriyyəsində, o cümlədən idxal və ixracda ardıcıl artımlar özünü göstərib. Qarşılıqlı maraq və səylər nəticəsində bu əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağını gözləmək olar.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşdə vurğulayıb.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ərazilərimizi Ermənistanın işğalından azad etdiyini bildirən S.Babayev işğalçı Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə artıq böyük quruculuq işlərinə başlandığını bildirib.
O, macar şirkətlərinin də işğaldan azad olunmuş ərazilərimizdə quruculuq proqramına qoşulmağa hazırlaşmasının məmnunluq doğurduğunu deyib.
Nazir Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto ilə ötən ay keçirdiyi görüşü xatırladıb. Həmin görüşdə bu məsələnin də müzakirə edildiyini diqqətə çatdırıb. Alınmış məlumatlara əsasən, həmin şirkətlərə "EXIM Bank"dan artıq 100 milyon dollarlıq kredit xətti də açıldığını qeyd edib.
S.Babayev Macarıstan hökumətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə qrant ayırmasının da dost münasibətinin bir təzahürü olduğunu deyib.
Nazir həmçinin əməkdaşlıqda növbəti müsbət addım kimi, Macarıstanın "Wizz Air" aviaşirkəti ilə yeni müqavilənin imzalandığını, pandemiya ilə əlaqədar məhdudiyyətlər bitdikdən sonra Azərbaycanla Macarıstan arasında aviareyslərin davam edəcəyini diqqətə çatdırıb.
V.Szederkenyi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və Azərbaycanla əlaqələri genişləndirmək əzmində olduğunu, ikitərəfli əməkdaşlığın daim inkişaf etdiyini bildirib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı məsələləri, ikitərəfli Komissiyanın fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma layihələrinə dair fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)





