13:41
Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə start verilib. Bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container" MMC-dən bildiriblər. Qeyd olunub ki, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın Vorsino stansiyasına istiqamət götürüb. Qatarın ümumilikdə 4 min 650 kilometrlik polad magistralı 8 günə qət edəcəyi gözlənilir.
40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan məişət əşyalarıdır. Yükün ümumi çəkisi isə 150 tondur.
Qatar Bakı-Tbilisi- Qars dəmir yolu və "Şimal-Cənub" Nəqliyyat Dəhlizi vasitəsilə, Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olacaq.
Daşımanın operatorları Pasifik Eurasia Logistics (Türkiyə), GR Logistics (Gürcüstan), ADY Konteyner (Azərbaycan) və Rusiyanın JSC "Russian Railways Logistics" şirkətləridir.
Qeyd edək ki, ötən ilin sonunda Türkiyədən Çinin Sian şəhərinə 2 ixrac qatarı çatdırılıb.
---------
12:01
Yanvarın 29-da Ankaradan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Rusiyaya ilk ixrac yük qatarı yola salınacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi bildirib.
15 vaqondan ibarət Ankara-Moskva konteyner qatarı 8 gün ərzində 4,65 min kilometr yol qət edəcək.
Bundan başqa. bu gün Ankaradan Çinin Sian şəhərinə daha bir qatar yola salınacaq. Həmin yük qatarı 7 792 kilometr məsafə qət edəcək.
Milli.Az