Əlcəzairlə gömrük sahəsində əməkdaşlıq müzakirə olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvarın 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Əlcəzairin ölkəmizdəki səfiri xanım Salima Abdelhak ilə görüşüb.
Komitədən Milli.Az-a verilən məlumata görə, S.Mehdiyev Əlcəzair ilə Azərbaycan arasındakı münasibətlərindən bəhs edib və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
S.Mehdiyev Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzü və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-həmlə tədbirlərindən bəhs edərək Azərbaycan ordusunun 30 ilə yaxın işğalda qalan əraziləri 44 gün ərzində azad etdiyini bildirib. Komitə sədri onu da vurğulayıb ki, tezliklə işğal altındakı ərazilərin bərpasına başlanacaq və bu da regionun iqtisadi baxımdan inkişafı, bölgədə sabitliyin tam təmin olunması üçün əlverişli imkanlar yaradacaq.
S.Mehdiyev son illər gömrük sitemində həyata keçirilən islahatlar barədə məlumat verərək diqqətə çatdırıb ki, əməkdaşların potensialının gücləndirilməsi, informasiya texnologiyalarının geniş tətbiqi, qabaqcıl təcrübələrə əsaslanan layihələrin həyata keçirilməsi fiskal sahə ilə yanaşı, qaçaqmalçılığa qarşı mübarizə, şəffaflığın təmin olunması, ticarətin asanlaşdırılması, sərhədkeşmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm uğurların əldə edilməsinə şərait yaradıb.
Komitə sədri iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin gələcək perspektivlərindən danışıb və əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak Azərbaycanın Vətən müharibəsindəki qələbəsi münasibətilə təbriklərini çatdırıb və ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla bəhs edib.
Səfir Azərbaycan gömrüyünün əldə etdiyi uğurların təqdirəlayiq olduğunu, bütün sahələrdə əldə edilən nailiyyətlərlə bağlı təcrübə mübadiləsinin əməkdaşlığa, gömrük işinin inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı





