"Azərbaycanla yanaşı, İran da Xudafərin körpüsünün böyük iqtisadi faydasını görəcək" - Ekspert
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanla yanaşı, İran dövləti də Xudafərin körpüsününün erməni işğalından azad edilməsinin böyük iqtisadi faydasını görəcək.
Milli.Az bildirir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Əsrlər boyu Xudafərin körpüsünün iqtisadi, siyasi, hərbi və s. baxımdan çox əhəmiyyətli olduğunu vurğulayan iqtisadçı qeyd edib ki, müharibə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarımızda tam başqa bir həyat canlanacaq və bunun məntiqi nəticəsi olaraq körpünün iqtisadi əhəmiyyəti sürətlə artacaq:
"Çünki indi sovet dönəmi deyil, iqtisadi şərtlər və güclər çox dəyişib. Azərbaycan dövlətinin imkanı çatır ki, qısa müddət ərzində o torpaqlarda hər şeyi yenidən qursun. Bu zaman hər şeydən əvvəl tikinti-quruculuq işlərinin aparılmasına başlanılacaq. O körpünün əhəmiyyəti elə tikinti-quruculuq işlərinin başlaması ilə hiss ediləcək. Müharibədən sonra Azərbaycanın 20%-i yenidən qurulmalıdır. Bu zaman Xudafərin körpüsü üzərindən tikinti üçün daşınacaq xammal və digər maddi vəsaitlərin dəyəri milyard dollarla ölçüləcək. Bu miqyasda işlərin icrası üçün lazım olan tikinti materiallarının əsas təminatçılarından biri çox güman ki, İran olacaq. Demək ki, o körpünün əhəmiyyətini ilk hiss edən Azərbaycanla yanaşı İran da olacaq".
Azərbaycanın Qarabağı azad etməsinin İran üçün faydasının çox böyük olacağı qənaətində olan E.Əmirov əlavə edib ki, quruculuq işlərinə sərf ediləcək və həcmi milyard dollarlarla ölçülən tikinti məhsullarının böyük hissəsi İrandan idxal ediləcək:
"Neft qiymətlərinin aşağı olduğu, davamlı sanksiyalarla üzləşən bir dövlət üçün gözəl fürsət yaranacaq. Bu mərhələdə logistik xərclər baxımından bu tip məhsulların idaxlında İranla əməkdaşlıq etməyimiz özümüz üçün də faydalı olacaq. İran-Azərbaycan əməkdaşlığına, iqtisadi əlaqələrinin inkişafına Xudafərin körpüsü də töhfə verəcək. Qeyd etdiklərim birinci mərhələdə təzahür edəcək müsbət tərəflərdir. Ən böyük iqtisadi əhəmiyyət isə həmin bölgədə "Xudafərin" və "Qız Qalası" hidroqovşaqların tamamlanmasından sonra hiss ediləcək. Burada belə bir suqovşaqlarının olması bu regionun iqtisadi inkişafında öz sözünü deyəcək".
E.Əmirov bildirib ki, 1.6 milyard kub metr su tutumuna malik olacaq bu hidroqovşaq Mingəçevir və Şəmkirdən sonra 3-cü ən böyük su anbarı olacaq. Onun imkanları sayəsində 260 min hektardan artıq kənd təsərrüfatı məqsədilə istifadə edilən torpaqların suvarılmasını həyata keçirmək mümkün olacaq:
"Bu, təkcə suvarma sistemləri üçün qida mənbəyi oynamaqdan başqa ölkənin elektrik istehsalı sferası üçün də öz tövhəsini verəcək. Belə ki, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarında 140 meqavatlıq SES tikilməsi nəzərdə tutulur. Təxminən iki il sonra bu SES-lərin fəaliyyətə başlayacağı gözlənilir. Ümumilikdə burada 358 milyon kilovatt saat həcmində enerji istehsalı mümkün olacaq. Eyni zamanda biz bu enerjinin bir hissəsini ixrac etməklə ölkəyə əlavə valyutanın daxil olmasına imkan yarada bilərik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır





