Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərində yerləşən müəssisələrdə olub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla Gəncənin iqtisadi potensialının gücləndirilməsi, sənaye zonasının yaradılması və bu məqsədlə müvafiq ərazinin ayrılması məsələləri müzakirə olunub.
Nazir Gəncədə yerləşən "Azəralüminium" MMC-yə baş çəkib. Ölkəmizin əlvan metallurgiya sənayesində aparıcı şirkətlərdən olan "Azəralüminium" MMC Cənubi Qafqazda yeganə ilkin alüminium istehsalçısıdır. Şirkətin əsas müəssisəsi - "Alüminium Kompleksi" Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Metal Tökmə və Fasiləsiz Yayma, Elektroliz, Təzyiqlə Emal və Boyama, Anod Prosesləri zavodları) və 2 köməkçi sahə (Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) daxildir. Buradakı zavodların ümumi ilkin alüminium istehsal gücü ildə 50 min tona yaxındır.
M.Cabbarov müəssisənin fəaliyyəti və perspektiv planları ilə tanış olub. Müəssisə rəhbərliyi ilə aparılan müzakirələrdə dayanıqlı xammal təhcizatının təmin olunması, ilkin alüminium istehsalının genişləndirilməsi, dərin emal prosesinin aparılaraq müxtəlif məhsulların istehsalının təşkili, istehsalın optimallaşdırılması və rəqabətqabiliyyətliyinin artırılması məsələləri müzakirə olunub.
Sonra İqtisadiyyat naziri Gəncə Avtomobil Zavodunda olub. Müəssisədə müxtəlif təyinatlı nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası (traktor, kombayn və sair), yük avtomobilləri və sair yığılır. Zavod rəhbərliyi ilə görüşdə müəssisənin mövcud istehsal gücü, yeni növ texnikasının, o cümlədən traktorlar, digər kənd təsərrüfatı texnikası və avtobusların yığımı üçün potensialı və satış imkanları müzakirə edilib, müəssisənin rəqabətqabiliyyətliyinin artırılması zəruriliyi vurğulanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Dünya bazarında neft bahalaşdı
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb





