İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BP Azərbaycanda platformanın texniki işlərini başa çatdırıb
16 Dekabr 2011 19:37
Baxış: 1 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BP (Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinin operatoru) Xəzər dənizində üç hasilat platformasının planlı texniki xidmət proqramı çərçivəsində "Mərkəzi Azəri" platformasında işləri başa çatdırıb. Bu barədə Trend-ə şirkətdən məlumat veriblər.
Məlumata əsasən, platformada nəzərdə tutulan işlər başa çatıb və hazırda test sınaqları üzrə işlər davam etdirilir.
"Platformanın işə salınması bir neçə gün ərzində baş tutacaq", - şirkətdən deyiblər.
Şirkət bir müddət əvvəl artıq "Şərqi Azəri" və "Qərbi Azəri" platformalarında işləri dayandırmışdı, lazımi işləri gördükdən sonra isə yenidən platformaları işə saldı.
Əvvəl verilən məlumata görə, plana uyğun olaraq, üç platformada - "Şərqi Azəri", "Qərbi Azəri" və "Mərkəzi Azəri"də hasilat texniki xidmətin göstərilməsini təmin etmək məqsədilə planlı ardıcıllıqla dayandırılacaq. Şirkətdən qeyd edildiyi kimi, hər üç platformanın eyni vaxtda dayandırılması nəzərdə tutulmur. Platformalardan birində iş görülən zaman "Azəri" yatağında yerləşən digər iki platformada hasilat davam etdiriləcək. Bu, gündəlik texniki xidmət proqramıdır və cari işin bir hissəsidir.
Təmir-istismar işlərinə bir il bundan əvvəl başlanılıb və bu işlər illik iş proqramına və büdcəyə daxildir.
"Azəri" yatağındakı texniki xidmət proqramına ümumi mexaniki, alət və digər işlər daxildir. Platforma 11-15 günə planlı ardıcıllıqla bağlanacaq. Proqrama təxminən oktyabrın 20-də başlanması planlaşdırılır.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,83 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,6 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır