İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ARDNŞ "Exxon Mobil"in İsveçrə filialını aldı - FOTO
16 Noyabr 2011 18:58
Baxış: 1 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Sürixdə ARDNŞ ilə "Exxon Mobil Central Europe Holding GmbH" şirkəti arasında "Exxon Mobil"in İsveçrə filialı olan "Esso Schweiz GmbH" şirkəti səhmlərinin alqı-satqısı üzrə müqavilə imzalanıb.
Milli.Az xəbər portalının Dövlət Neft Şirkətinin internet saytına istinadən verdiyi məlumata görə, ARDNŞ bu yaxınlarda İsveçrədə təsis etdiyi emal və satış üzrə törəmə müəssisəsi olan "SOCAR Energy Switzerland" şirkəti vasitəsilə "Esso Switzerland"ın yüksək səviyyəli xidmətlər göstərilməsini əhatə edən kommersiya fəaliyyətini davam etdirmək niyyətindədir. Şirkət, sahibinin dəyişməsindən sonrakı 12 ay ərzində əvvəlki ESSO brendi altında fəaliyyət göstərəcək. Aviasiya, habelə yük avtomobil nəqliyyatı və neft məhsullarının saxlanması üçün rezervuarlarla əlaqədar biznes şəbəkəsinin debrendinqi isə sövdələşmədən sonrakı 30 gün ərzində həyata keçiriləcək. Keçid dövründə bütün mövcud müqavilə öhdəlikləri və istehsalat prosesləri olduğu kimi qalacaq. Keçid müddəti başa çatdıqdan sonra (2012-ci ilin 3-cü rübündə) şirkət yeni brendlə - SOCAR brendi ilə istehlakçıların xidmətinə başlayacaq. SOCAR brendi yüksək keyfiyyət, mükəmməl xidmət və ətraf mühitin mühafizəsi ve menecment üzrə yüksək standartlarla seçiləcək.
İmzalanma mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, keyfiyyətli yanacaq növləri və yanacaqdoldurma məntəqələrindəki digər xidmət şəbəkəsi vasitəsilə ARDNŞ isveçrəli istehlakçılara pərakəndə satış üzrə yüksək səviyyəli xidmət göstərəcək. Bundan başqa, ARDNŞ kommunal-məişət yönümlü yanacağın və balon qazının distribüterləri, habelə aviasiya sahəsində fəaliyyət göstərən sənaye müştəriləri üçün etibarlı tərəfdaş olacaq.
İmzalanan sazişə əsasən, "Esso Switzerland"ın alınması ilə həmin şirkətə məxsus 170-dən artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmlərinin və balon qazının müstəqil distribüterlərə satışını həyata keçirir), Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri Azərbaycan Dövlət Neft Şirkətinin sərəncamına keçmişdir. Beləliklə, ARDNŞ Avropadakı kommersiya fəaliyyətinin genişləndirilməsi üzrə yeni bir uğurlu addım atıb. Şirkət bu istiqamətdə strateji fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindədir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə tədarük göndərilib
-
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Neftin qiyməti yenidən gündəmdə - Bazarda son vəziyyət
-
Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
XƏBƏR LENTİ
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
-
"Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı
-
"Sabah" UEFA Çempionlar Liqası tarixinə düşdü
-
Amerikalı müğənni Dolli Parton vəfat edib
-
Türkiyənin iki vilayətində zəlzələ olub
-
Halit Ergençin 15 illik gizli peşəsi ortaya çıxdı - (Foto)
-
“Qarabağ” “Sabah”ı təbrik etdi
-
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
-
Günün qoroskopu: Ailə üzvlərindən biri ilə bağlı xoş bir xəbər ala bilərsiniz
-
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
-
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
-
Tahir Gözəl və Qurbanovdan “Sabah”ın uğuruna reaksiya - (Video)
-
"Bayquşlar" tarix yazdı - Yenilənib - (Video)