İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

19 İyun 2019 23:39
0 Şərh     Baxış: 1 120

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 64,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,88 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,08 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel çoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.