İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə baş vermiş zəlzələ BTC neft kəmərinin ixrac əməliyyatlarına təsir edibmi?
24 Oktyabr 2011 11:16
Baxış: 1 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə baş vermiş zəlzələ Azərbaycanda hasil edilən neftin böyük hissəsinin nəql olunduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə həyata keçirilən ixrac əməliyyatlarına təsir etməyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BP-Azerbaijan şirkətinin məlumatında deyilir.
Məlumata görə, zəlzələnin episentrindən BTC-dək minimum məsafə 200 kilometr təşkil edir.
BP-dən bildirilib ki, neft kəməri belə hallar üçün nəzərdə tutulmuş müxtəlif cihazlar və detektorlarla təchiz edilib ki, onlar zəlzələnin neft kəmərinin işinə və vəziyyətinə təsirini qeydə almayıb.
Bazar günü Türkiyənin Van əyalətində 7,2 bal gücündə olan zəlzələ baş verib. Bosfor universitetinin seysmologiya rəsədxanasının direktoru Mustafa Erdikin jurnalistlərə verdiyi məlumata görə, Van vilayətində baş vermiş zəlzələnin qurbanlarının sayı 1000 nəfərə çata bilər.
BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.
Boru kəmərinin gücü sutkada 1,2 milyon barel neft təşkil edir.
"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama