İqtisadiyyat

Günter Ottinger: “Cənub Qaz Dəhlizi” Aİ üçün strateji vacib layihədir"

20 Fevral 2019 16:00
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cənub Qaz Dəhlizi" Avropa İttifaqı (Aİ) üçün strateji vacib layihədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında deyib.

G.Ottinger qeyd edib ki, artıq "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Türkiyəyə qaz tədarükü başlayıb. O ümidvar olduğunu bildirib ki, layihənin son halqası Trans-Adriatik boru kəməri (TAP) 2019-2020-ci illərdə işə düşəcək.

Bakıda keçirilən konfransın vacibliyini vurğulayan G.Ottinger Niderlandı nümunə gətirərək Avropada hər il qaz həcminin azaldığını deyib:

"Biz qaz tədarükü bazarını şaxələndirməliyik, "Cənub Qaz Dəhlizi" isə yeni, strateji cəhətdən vacib marşrutdur".

Avrokomissar əlavə edib ki, növbəti 10 il ərzində "Cənub Qaz Dəhlizi"ndən Avropaya daxil olan qazın həcminin iki dəfə (20-25 milyard kubmetrədək) artırılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.