İqtisadiyyat

Bütün banklarda standart müqavilələrdən istifadə olunacaq

17 Yanvar 2019 21:53
0 Şərh     Baxış: 2 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün banklarda standart müqavilələrdən istifadə olunacaq. Artıq Banklar Assosiasiyasının ekspert qrupu bu müqavilələrin hazırlanması üçün işlərin 80 faizini yekunlaşdırıb. Təşkilatın hüquqi Məsələr üzrə ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev bildirir ki,standart müqavilələrdə həm bankların, həm də müştərilən hüquqları daha yaxşı təmin ediləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, standart müqavilələrvətəndaşların maliyyə savadlılığının artmasına da səbəb olacaq. Bu müqavilələrin kredit, depozit, əmanət və digər bank əməliyyatlarında istifadə olunması nəzərdə tutulur. Ekspert qrupunun rəhbəri bildirir ki, qısa zamanda müqavilələrin istifadəsinə başlanacaq.

Qorxmaz Ağayev bildirir ki, banklar bu müqavilələrdən könüllülük əsasında istifadə edəcəklər. Bununla belə banklar müasir dövrün tələbi olan bu müqavilələrdən istifadə etməkdə özləri maraqlı olacaqlar.

Onu da da qeyd edək ki, standart bank müqavilələrindən istifadə olunması bir müddət öncə irəli sürülmüşdü. Buna səbəb isə öncəki müqavilələrdə müştəri hüquqlarının tam ifadə olunmaması, hüquqların düzgün izah edilməməsi səbəbindən sonradan bir sıra mübahisələrin ortaya çıxması olub. Yeni standart müqavilələr isə hər iki tərəfin hüquqlarının bərabər ölçüdə və açıq müəyyən edilərək sonradan yarana biləcək mübahisələri öncədən aradan qaldırmağı hədəfləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.